Tarix:16/01/17
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “WhatsApp”ın yaradıcıları bu ittihama dərhal reaksiya verərək rəsmi bəyanat yayıblar: “The Guardian nəşrində dərc edilmiş xəbərə əsasən, “WhatsApp” messencerində bilərəkdən yaradılmış boşluq zərurət olduqda istifadəçilərin mesajlarını xüsusi xidmət orqanlarına ötürməyə imkan verir. Bu iddia yanlışdır.
“WhatsApp” xüsusi xidmət orqanlarının onun sisteminə girişinə imkan yaratmır və bundan sonra da istənilən belə cəhdlə mübarizə aparacaq. Bundan başqa, istifadəçilər “WhatsApp” tərəfindən təklif edilmiş xüsusi funksiyanın köməyi ilə bizi mümkün təhlükəsizlik təhdidləri barədə xəbərdar edə bilərlər. Biz şifrləmənin texniki təfərrüatlarını dərc etmişik və həmişə dövlət tərəfindən olan sorğuları “Facebook” sosial şəbəkəsində dərc etmişik”.
Xatırladaq ki, ötən ilin aprelində populyar “WhatsApp” messencerində bütün istifadəçilər üçün “end-to-end” şifrləməsi əlçatan olub. Belə şifrləmənin mahiyyəti ondan ibarətdir ki, hər bir qurğuya unikal şifrləmə açarı təyin edilir. “End-to-end” şifrləməsi zamanı yalnız göndərən və qəbul edən mesajlara giriş imkanına malikdir, ancaq istifadəçi offlaynda olduqda “WhatsApp” yeni şifrləmə açarı yaradır və mesaj yenidən göndərilir. Məhz bu an “WhatsApp” mesajları ələ keçirə bilər.
Emil Hüseynov
“WhatsApp” istifadəçilərin mesajlarına müdaxilə barədə şayiələri təkzib edib
Bu günlərdə yayılmış informasiyaya əsasən, populyar “WhatsApp” messencerinin tərtibatçıları şifrləmə sistemində aşkar edilmiş boşluq üzərindən istifadəçi mesajlarını ələ keçirməklə onları oxuya bilərlər. Bu boşluğu aşkar etmiş Berkli Universitetində kriptoqrafiya və təhlükəsizlik mütəxəssisi Tobias Bolter əmindir ki, “WhatsApp” messencerinin tərtibatçıları zərurət olduqda yazışmaları xüsusi xidmət orqanlarına ötürə bilərlər.“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “WhatsApp”ın yaradıcıları bu ittihama dərhal reaksiya verərək rəsmi bəyanat yayıblar: “The Guardian nəşrində dərc edilmiş xəbərə əsasən, “WhatsApp” messencerində bilərəkdən yaradılmış boşluq zərurət olduqda istifadəçilərin mesajlarını xüsusi xidmət orqanlarına ötürməyə imkan verir. Bu iddia yanlışdır.
“WhatsApp” xüsusi xidmət orqanlarının onun sisteminə girişinə imkan yaratmır və bundan sonra da istənilən belə cəhdlə mübarizə aparacaq. Bundan başqa, istifadəçilər “WhatsApp” tərəfindən təklif edilmiş xüsusi funksiyanın köməyi ilə bizi mümkün təhlükəsizlik təhdidləri barədə xəbərdar edə bilərlər. Biz şifrləmənin texniki təfərrüatlarını dərc etmişik və həmişə dövlət tərəfindən olan sorğuları “Facebook” sosial şəbəkəsində dərc etmişik”.
Xatırladaq ki, ötən ilin aprelində populyar “WhatsApp” messencerində bütün istifadəçilər üçün “end-to-end” şifrləməsi əlçatan olub. Belə şifrləmənin mahiyyəti ondan ibarətdir ki, hər bir qurğuya unikal şifrləmə açarı təyin edilir. “End-to-end” şifrləməsi zamanı yalnız göndərən və qəbul edən mesajlara giriş imkanına malikdir, ancaq istifadəçi offlaynda olduqda “WhatsApp” yeni şifrləmə açarı yaradır və mesaj yenidən göndərilir. Məhz bu an “WhatsApp” mesajları ələ keçirə bilər.
Emil Hüseynov
Baxış sayı: 567
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet