Tarix:17/01/17
“Teleport” adlandırılmış robot kiçik təkərli platformada qurulmuş teleskopik dayağa bərkidilmiş sensor ekranlı planşet formasındadır. Bu platforma maneələrdən xilas olmağa imkan verən sensorlarla təchiz edilib və robotu asanlıqla maşının arxa oturacağında yerləşdirmək mümkündür.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, fərdi kompüterdə brauzer üzərindən və ya “Android” smartfonunun köməyi ilə robotu məsafədən idarə etmək mümkündür. Əlləri əlil olan istifadəçilər “MindWave” interfeysi vasitəsilə robotu idarə edə bilər: dəyəri 100 dollardan az olan xüsusi qurğu insanın başına bərkidilir. “MindWave” interfeysi vasitəsilə “Teleport” robotunu idarə etmək üçün lazımi konsentrasiya səviyyəsinə nail olmaq lazımdır, gözləri qırpmaqla, həmçinin ağızdakı kontroller vasitəsilə komanda vermək mümkündür.
Hazırda “Teleport” robotu Avstraliyada satılır və dəyəri təxminən 2900 dollardır. Bu halda robotun yaradıcıları robotu manipulyatorla təchiz etməklə onun imkanlarını xeyli genişləndirməyi planlaşdırırlar. Həmçinin şirkət “Teleport” robotunun köməyi ilə onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqların məktəb məşğələlərində iştirakına imkan vermək üçün “CanTeen” təşkilatı ilə əməkdaşlıq edir.
Emil Hüseynov
Avstraliya startapı düşüncənin gücü ilə uzaq məsafədən idarə olunan robot yaradıb
Avstraliyanın “Aubot” startapı dünyada düşüncənin gücü ilə uzaq məsafədən idarə olunan ilk kommersiya robotu hazırlayıb. Bu robot məhdud qabiliyyətli bir çox insanın həyatını dəyişmək qabiliyyətinə malikdir.“Teleport” adlandırılmış robot kiçik təkərli platformada qurulmuş teleskopik dayağa bərkidilmiş sensor ekranlı planşet formasındadır. Bu platforma maneələrdən xilas olmağa imkan verən sensorlarla təchiz edilib və robotu asanlıqla maşının arxa oturacağında yerləşdirmək mümkündür.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, fərdi kompüterdə brauzer üzərindən və ya “Android” smartfonunun köməyi ilə robotu məsafədən idarə etmək mümkündür. Əlləri əlil olan istifadəçilər “MindWave” interfeysi vasitəsilə robotu idarə edə bilər: dəyəri 100 dollardan az olan xüsusi qurğu insanın başına bərkidilir. “MindWave” interfeysi vasitəsilə “Teleport” robotunu idarə etmək üçün lazımi konsentrasiya səviyyəsinə nail olmaq lazımdır, gözləri qırpmaqla, həmçinin ağızdakı kontroller vasitəsilə komanda vermək mümkündür.
Hazırda “Teleport” robotu Avstraliyada satılır və dəyəri təxminən 2900 dollardır. Bu halda robotun yaradıcıları robotu manipulyatorla təchiz etməklə onun imkanlarını xeyli genişləndirməyi planlaşdırırlar. Həmçinin şirkət “Teleport” robotunun köməyi ilə onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqların məktəb məşğələlərində iştirakına imkan vermək üçün “CanTeen” təşkilatı ilə əməkdaşlıq edir.
Emil Hüseynov
Baxış sayı: 510
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet