Tarix:21/01/17
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, 300 simvoldan ibarət məqalədə robot Bahar bayramı ərzində səyahət barədə söz açıb və onun yazılması üçün bir saniyə sərf edib. Robot yaradıcısının sözlərinə görə, “Xiao Nan” həm qəzetdə dərc edilən kimi qısa hekayələr, həm də uzun əhvalatlar yaza bilir.
“İnsan reportyorla müqayisədə “Xiao” məlumatları daha yaxşı təhlil edir və xəbərləri daha tez yazır. Lakin bu o demək deyil ki, belə robotlar tezliklə jurnalistləri tam əvəz edə biləcəklər”, - professor qeyd edib.
Professorun sözlərinə görə, robotlar hələ insanla üz-üzə müsahibə aparmağa, cavablara uyğun reaksiya verməyə və lazımi suallar soruşmağa qadir deyillər. Həmçinin robotlar hazırda müsahibə və ya söhbət zamanı gizli sətiraltı mənanı tuta bilmirlər. Lakin buna baxmayaraq Van Syaotszyun robotların kütləvi informasiya vasitələri, eləcə də redaktor və reportyorlar üçün yaxşı yardımçı olacaqlarına əmindir.
Nizam Nuriyev
İlk robot jurnalist 1 saniyəyə məqalə yazıb
Robotlar artıq uzun müddətdir əksər sənaye müəssisələrində insanları əvəz etməyə başlayıb və yaxın gələcəkdə onların gündəlik həyat sahələrinə nüfuz edəcəyi gözlənilir. Hazırda robotlaşdırma üzrə lider ölkə Çindir. Ötən il ölkədə yerli aeroport və limanlarda xidmətə qəbul olan ilk robot polislər və robot gömrükçülər yaradılıb. Lakin Quançjou şəhərinin gündəlik “Southern Metropolis Daily” qəzetində Pekin Universitetinin professoru Van Syaotszyun tərəfindən yaradılan “Xiao Nan” robot reportyorunun dərc etdiyi ilk xəbər daha çox diqqət çəkir.“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, 300 simvoldan ibarət məqalədə robot Bahar bayramı ərzində səyahət barədə söz açıb və onun yazılması üçün bir saniyə sərf edib. Robot yaradıcısının sözlərinə görə, “Xiao Nan” həm qəzetdə dərc edilən kimi qısa hekayələr, həm də uzun əhvalatlar yaza bilir.
“İnsan reportyorla müqayisədə “Xiao” məlumatları daha yaxşı təhlil edir və xəbərləri daha tez yazır. Lakin bu o demək deyil ki, belə robotlar tezliklə jurnalistləri tam əvəz edə biləcəklər”, - professor qeyd edib.
Professorun sözlərinə görə, robotlar hələ insanla üz-üzə müsahibə aparmağa, cavablara uyğun reaksiya verməyə və lazımi suallar soruşmağa qadir deyillər. Həmçinin robotlar hazırda müsahibə və ya söhbət zamanı gizli sətiraltı mənanı tuta bilmirlər. Lakin buna baxmayaraq Van Syaotszyun robotların kütləvi informasiya vasitələri, eləcə də redaktor və reportyorlar üçün yaxşı yardımçı olacaqlarına əmindir.
Nizam Nuriyev
Baxış sayı: 540
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı