12px13px15px17px
Tarix:23/01/17

Silikon robot ürək döyüntüsünə kömək edəcək

Harvard Universitetinin mütəxəssisləri Boston Uşaq Xəstəxanasının həkimləri ilə birlikdə ürək çatışmazlığı olan xəstənin ürəyini birbaşa stimullaşdıra bilən yumşaq və elastik robot hazırlayıblar.
“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, yeni texnologiya ürəyə sıx oturan və onun fəaliyyətinə kömək edən xortum şəkilli çoxqatlı silikon şlanqdır. Onun qanla təmasının olmamasına görə qan laxtaları yaranmır və bununla qanı durulaşdıran xüsusi dərmanların qəbuluna ehtiyac qalmır.  

Ürək çexolunun daxilində xüsusi pnevmatik əzələlər yerləşir. Onların bir hissəsinin şlanqın ətrafına bükülməsi, bir hissəsinin isə spiral şəklində və küncdə yerləşməsi sayəsində silikon ürək onların təsiri altında əsl ürək kimi döyünməyə başlayır. Bundan başqa, aqreqat xüsusi robotlaşdırılmış sistem tərəfindən idarə olunan konstruksiyadan kənar nasosa qoşulub.
 
 
Xüsusi preparat daxil edilməklə və qanaxma 45 faiz azaldılmaqla donuzlar üzərində sınaqdan keçirilən kəşfdən istifadə sayəsində alimlər qan təchizatının təxminən ilkin səviyyəsinədək bərpasına nail olublar.
Texnologiya üzrə layihə rəhbəri doktor Piqulunun sözlərinə görə, kəşf sayəsində biz işimizi yeni səviyyəyə çıxara və yüz minlərlə ürək çatışmazlığı olan xəstəyə kömək edə biləcəyik. “Hazırda bir çox insanlar ürək köçürülməsinə ehtiyac duyur, bu səbəbdən bizim robotumuz onlar üçün öz növbələrini sakitcə gözləməyə imkan verəcək”, - doktor vurğulayıb.

Nizam Nuriyev
 





Baxış sayı: 532

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024