Tarix:23/01/17
“ICTnews” Elektron Xəbər Xidməti “planet-today.ru” saytına istinadən yazır ki, bu ideya yeni deyil. Kino sənayesinin nümayəndələri hələ ötən əsrin 50-ci illərində qoxunun ötürülməsi üzərində təcrübə aparıblar. Belə ki, onlar kinoteatrlarda müxtəlif maddələri tozlandırmaqla tamaşaçıları heyrətləndirməyə çalışıblar. Amma bu, özünü doğrultmayıb.
İndi isə texnoloji inkişaf qoxunun ötürülməsində yeni mərhələ aça bilər. Məsələn, Yaponiyada hazırlanmış “VAQSO VR” adlı cihaz qoxunun ötürülməsini reallaşdırır.
Qurğu “Oculus Rift” və ya “HTC Vive” kimi populyar virtual reallıq şlemləri üçün modul formasında nəzərdə tutulub və onun daxilində ətirli maddələrdən ibarət xüsusi kartriclər yerləşdirilib. “VAQSO VR” prototipi üç konkret ətir yaratmağa imkan verir, ancaq qurğunun yekun versiyasında qoxuların sayı 5-10 arasında olacaq.
Bu cihaz ilk növbədə oyun həvəskarları üçün nəzərdə tutulub: məsələn, müharibə oyunlarında döyüş meydanının əsl qoxusunu istifadəçiyə hiss etdirəcək.
Emil Hüseynov
Yaponiyada qoxunun ötürülməsi üçün virtual reallıq qurğusu yaradıblar
Vaxt ötdükcə virtual reallıq texnologiyaları adiləşir: artıq hamıya məlum virtual reallıq şlemi və ya əlcəkdən başqa bazara yeni cihazlar (məsələn, qoxudan istifadəni reallaşdıran cihazlar virtual dünyaya daxilolmanı daha da reallaşdıracaq) çıxarılır.“ICTnews” Elektron Xəbər Xidməti “planet-today.ru” saytına istinadən yazır ki, bu ideya yeni deyil. Kino sənayesinin nümayəndələri hələ ötən əsrin 50-ci illərində qoxunun ötürülməsi üzərində təcrübə aparıblar. Belə ki, onlar kinoteatrlarda müxtəlif maddələri tozlandırmaqla tamaşaçıları heyrətləndirməyə çalışıblar. Amma bu, özünü doğrultmayıb.
İndi isə texnoloji inkişaf qoxunun ötürülməsində yeni mərhələ aça bilər. Məsələn, Yaponiyada hazırlanmış “VAQSO VR” adlı cihaz qoxunun ötürülməsini reallaşdırır.
Qurğu “Oculus Rift” və ya “HTC Vive” kimi populyar virtual reallıq şlemləri üçün modul formasında nəzərdə tutulub və onun daxilində ətirli maddələrdən ibarət xüsusi kartriclər yerləşdirilib. “VAQSO VR” prototipi üç konkret ətir yaratmağa imkan verir, ancaq qurğunun yekun versiyasında qoxuların sayı 5-10 arasında olacaq.
Bu cihaz ilk növbədə oyun həvəskarları üçün nəzərdə tutulub: məsələn, müharibə oyunlarında döyüş meydanının əsl qoxusunu istifadəçiyə hiss etdirəcək.
Emil Hüseynov
Baxış sayı: 738
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı