12px13px15px17px
Tarix:23/01/17

“Samsung” görmə problemli insanlara kömək edəcək

Hazırda dünyada təxminən 300 milyon insan rəng korluğu xəstəliyindən əziyyət çəkir. Hər gün belə insanlar müəyyən problemlərlə rastlaşırlar. “Samsung” şirkəti bu səbəbdən onların həyatını asanlaşdırmaq istəyir. Cənubi Koreya nəhəngi Macarıstanın “Colorlite” şirkəti ilə birgə "Launching People" proqramı çərçivəsində “#SeeColors” adlı proqram yaradıblar. Bu proqram televizorun ekranındakı təsvirə xüsusi düzəliş etməklə rəng korluğundan əziyyət çəkən istifadəçilərə kömək edəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, məlumata görə, “#SeeColors” proqramı öncə bir sıra testlərin köməyi ilə rəng korluğunun tipini müəyyənləşdirir, bundan sonra televizorun ekranındakı təsvirə düzəliş edir. Nəticədə görmə pozğunluğu olan istifadəçilər təsviri normal görmə qabiliyyətinə malik insanlar kimi görəcəklər.

Hazırda “#SeeColors” proqramı buraxılış ili 2016 olan “Samsung SUHD TV” televizorlarında qurulub, xüsusi mobil proqram isə Macarıstan, Rumıniya və Bolqarıstanda “Google Play” və “Galaxy App Store” internet mağazalarında “Galaxy S6”, “Galaxy S6 Edge”, “Galaxy S6 Edge+”, “Galaxy S7” və “Galaxy S7 Edge” smartfonları üçün əlçatandır.

Emil Hüseynov






Baxış sayı: 703

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024