12px13px15px17px
Tarix:24/01/17

“Nokia” yeni planşetini təqdim edəcək

"Nokia" brendi üzərində hüquqa sahib Finlandiyanın "HMD Global" şirkəti "iPad" planşetinin uğuruna kölgə salacaq planşet hazırlayır. "GFXBench" testi sayəsində yeni qurğu haqda bəzi məlumatlar məlum olub.

"ICTnews" Elektron Xəbər Xidməti "cnews.ru" saytına istinadən yazır ki, gözlənildiyi kimi, planşet 2.2 QHs takt tezlikli səkkiznüvəli "Qualcomm Snapdragon 835" prosessoru, "Adreno 540" qrafik sürətləndiricisi (testin məlumatına görə, "Adreno 530" ilə müqayisədə 30% daha sürətlidir) ilə təchiz edilib və "Android 7.0" mobil əməliyyat sisteminin idarəetməsi altında işləyəcək.

Həmçinin testin məlumatına görə, planşet 4 QB əməli yaddaş və məlumatların saxlanılması üçün 64 QB daxili yaddaş, "4K" təsvir ölçüsündə video yazmaq qabiliyyətinə malik 12 meqapiksellik iki kamera ilə təchiz edilib. Qurğu məlumatların ötürülməsi üçün "NFC", "LTE", "4G" və "GPS" texnologiyalarını dəstəkləyəcək.

18.4 düymlük diaqonala malik qurğunun ekranı 2560 × 1440 nöqtə təsvir ölçüsünü dəstəkləyəcək. Yeni planşetin adı və onun bazara çıxarılma müddəti açıqlanmayıb.

Emil Hüseynov




Baxış sayı: 474

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024