12px13px15px17px
Tarix:24/01/17

Ötən il “Apple” kompüterlərinin satışı 10 faiz azalıb

2016-cı ildə "Apple" şirkəti ən uğurlu fərdi kompüter tədarükçüsü reytinqində beşinci yeri tutub. Bu barədə "Bloomberg" nəşri məlumat verərək "Mac" istehsalçısının ümumi bazar payının 7,1 faiz təşkil etməsini açıqlayıb.

"ICTnews" Elektron Xəbər Xidməti "Macdigger" resursuna istinadən yazır ki, məlumata görə, "Apple" fərdi kompüterlərinin satışı ümumi bazara nisbətdə daha çox azalıb. Belə ki, ötən il fərdi kompüterlərin satışı 5,7 faiz azaldığı halda "Mac" istehsal xəttindən olan kompüterlərin satışı 10 faiz aşağı düşüb.

Analitiklərin məlumatına görə, bazarın lideri 21,3 faiz payla Çinin "Lenovo" şirkətidir. Sonrakı yerlərdə "HP", "Dell" və "Asus" şirkətləri qərarlaşıb. Dörd şirkətin kompüter bazarında ümumi payı 65 faizi üstələyir. Həmçinin il ərzində ən çox artımı (+10 faiz) "Dell" nümayiş etdirib.  

"Net Applications" analitik şirkətinin məlumatına görə, dekabrda "macOS" əməliyyat sistemi fərdi kompüterlərin 6,1 faizində quraşdırılıb. Bir il əvvəl bu rəqəm 7 faizə çatıb, ən yüksək nəticə (9,6 faiz) isə 2016-cı ilin aprelində qeydə alınıb.

Bildirilir ki, 6,1 faizlik göstərici 2011-ci ilin avqustundan müşahidə edilən ən aşağı nəticədir. Ötən ilin sentyabrında başa çatan rüb ərzində "Mac" kompüterlərinin satışı 4,9 milyon qurğu təşkil edib ki, bu da ötən ilin müvafiq dövründən 14 faiz azdır. Beləliklə, ardıcıl dördüncü rübdür tələbatda azalma müşahidə olunur.

Nizam Nuriyev 




Baxış sayı: 872

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024