Tarix:25/01/17
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “Nokia Heart” 5,2 düymlü HD formatlı ekran, səkkiznüvəli “Qualcomm Snapdragon 430” prosessoru, “Adreno 505” qrafik sürətləndiricisi, 2 giqabaytlıq operativ, 16 giqabaytlıq quraşdırılmış yaddaş, 12 meqapikselli əsas və 7 meqapikselli ön kamera ilə təchiz ediləcək (kameranın təsvir ölçüsü müvafiq olaraq 13 və 8 meqapiksel ola bilər). Əməliyyat sistemi kimi “Android 7.0 Nougat” göstərilib.
Smartfonun fevralın 26-da Barselonada (İspaniya) “Mobile World Congress 2017” sərgisi çərçivəsində digər yeni qurğularla birlikdə nümayiş olunacağı gözlənilir.
Qeyd edək ki, “HMD Global” dünyanın aparıcı texnoloji şirkətləri, o cümlədən “Nokia”, “FIH Mobile Limited” (FIH) və “Google” ilə əməkdaşlığı nəzərdə tutan unikal strateji tərəfdaşlıq modeli hazırlayıb. Gələcək “Nokia” smartfonları hazırda dünya smartfonlarının 86 faizində quraşdırılan “Google” şirkətinin “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək.
Nizam Nuriyev
“Nokia Heart” ucuz qurğular sinfinə aid olacaq
Bu il Finlandiyanın “HMD Global” şirkətinin əfsanəvi “Nokia” brendi ilə altı və ya yeddi mobil qurğu təqdim edəcəyi gözlənilir. Yanvarın əvvəlində Çin istifadəçiləri arasında böyük populyarlıq qazanan ucuz qurğular sinfinə aid “Nokia 6” smartfonu təqdim olunub. Bundan başqa, təqdimatı gələn ay “MWC 2017” sərgisində nəzərdə tutulan səkkiznüvəli “Snapdragon 835” prosessoru əsasında işləyən qabaqcıl smartfon, eləcə də yüksək sinfə aid 18,4 düymlü planşet haqqında məlumatlar yayılıb. Bu dəfə isə “Nokia” brendi ilə ucuz sinfə aid növbəti yeni qurğunun “Heart” adlı 5,2 düymlü smartfon olacağı bildirilir.“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “Nokia Heart” 5,2 düymlü HD formatlı ekran, səkkiznüvəli “Qualcomm Snapdragon 430” prosessoru, “Adreno 505” qrafik sürətləndiricisi, 2 giqabaytlıq operativ, 16 giqabaytlıq quraşdırılmış yaddaş, 12 meqapikselli əsas və 7 meqapikselli ön kamera ilə təchiz ediləcək (kameranın təsvir ölçüsü müvafiq olaraq 13 və 8 meqapiksel ola bilər). Əməliyyat sistemi kimi “Android 7.0 Nougat” göstərilib.
Smartfonun fevralın 26-da Barselonada (İspaniya) “Mobile World Congress 2017” sərgisi çərçivəsində digər yeni qurğularla birlikdə nümayiş olunacağı gözlənilir.
Qeyd edək ki, “HMD Global” dünyanın aparıcı texnoloji şirkətləri, o cümlədən “Nokia”, “FIH Mobile Limited” (FIH) və “Google” ilə əməkdaşlığı nəzərdə tutan unikal strateji tərəfdaşlıq modeli hazırlayıb. Gələcək “Nokia” smartfonları hazırda dünya smartfonlarının 86 faizində quraşdırılan “Google” şirkətinin “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək.
Nizam Nuriyev
Baxış sayı: 513
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet