12px13px15px17px
Tarix:27/01/17

Kibertəhlükəsizlik “CeBit-2017” sərgisinin diqqət mərkəzində olacaq

Hanoverdə (Almaniya) informasiya-kommunikasiya texnologiyalarına həsr edilən beynəlxalq “CeBit” sərgisinə ilkin baxış keçirilib.

“ICTnews” Elektron Xəbər Xidməti “euronews” resursuna istinadən yazır ki, martın 20-24-də keçiriləcək sahə üzrə dünyanın ən böyük sərgisinin əsas mövzularından biri kimi kibertəhlükəsizlik seçilib. Tədbirdə üç yüzdən çox şirkətin təhlükəsizliyin təmini üzrə həllər təqdim edəcəyi gözlənilir.

Bu il tərəfdaş ölkə rolunda sərgidə 120 şirkətlə iştirak edəcək Yaponiya çıxış edir.

Yaponiyanın Almaniyadakı səfiri Takeşi Yaqi bildirib ki, biz dünyanı təəccübləndirmək istəyirik və bizim robotlaşdırma, süni intellekt, avtonom avtomobil sürmə, eləcə də biometrik identifikasiya texnikası sahəsində çoxlu ideyalarımız var.

Sərgidə, həmçinin virtual reallıq sahəsində son texnologiyaların nümayişi planlaşdırılır.

Nizam Nuriyev 




Baxış sayı: 464

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024