12px13px15px17px
Tarix:28/01/17

İspaniyada “3D” printerdə çap edilmiş dünyada ilk piyada körpüsü istifadəyə verilib

İspaniyanın Alkobendas şəhərində tamamilə “3D” printerdə çap edilmiş dünyada ilk beton körpü təqdim edilib. Kastiliya-La-Mança şəhər parkında qurulmuş körpünün uzunluğu 12, eni isə 1.75 metrdir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, layihənin dizaynı Kataloniya Müasir Arxitektura İnstitutu tərəfindən hazırlanıb. Körpü üzvi və biomimetik arxitektura stilində yaradılmış səkkiz ayrı-ayrı hissədən ibarətdir.
 
“3D” çap texnologiyası materialın artığını təkrarən istifadəyə, istənilən forma və çətinlikdə obyektlər yaratmağa imkan verir. Canlı orqanizmlərin toxumalarını imitasiya edən struktur çap edilmiş məhsulları çox möhkəm edir.
 
Çap texnologiyası ilə hazırlanmış körpüyə cavabdeh şirkət rəsmisinin sözlərinə görə, ilk uğurlu layihə yaxın gələcəkdə İspaniyada “3D” printerdə yaradılmış yeni şəhər obyektlərinin yaradılacağına ümid verir.
 
Emil Hüseynov




Baxış sayı: 533

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Noyabr 2024

24 11 2024