12px13px15px17px
Tarix:30/01/17

Yeni smartfonu isti suda sabunla yumaq mümkündür

Yaponiyanın “Kyocera” şirkəti tərəfindən təqdim edilmiş smartfon su (isti və ya soyuq) və sabuna qarşı dayanıqlıdır.

Əgər smartfonunuzun cürbəcür bakteriyalar məskəni olduğunu düşünürsüzsə və bu fikir sizə rahatlıq vermirsə, o zaman “Kyocera” şirkətinin  “Rafre” adlı yeni smartfonunu almağın əsl vaxtıdır. Sözügedən qurğunun əsas özəlliyi odur ki, onu isti suda sabunla yumaq mümkündür.

“ICTnews” Elektron Xəbər Xidməti naked-science.ru saytına istinadən yazır ki, 2015-ci ildə “Kyocera” şirkəti çirkdən təmizlənən “Digno Rafre” modelini buraxıb.

Cari ilin martında satışa çıxarılacaq smartfon “Snapdragon 430” prosessoru, 2 QB əməli yaddaş, 16 Qb daxili yaddaş, 5 düymlük “HD” ekran, 3000 milliamper/saat tutumunda akkumulyator, həmçinin 13 və 5 meqapiksellik iki kamera ilə təchiz edilib. Smartfon “Android 7.0” mobil əməliyyat sistemi ilə işləyir.

Toz və sudan müdafiə sisteminə malik “Rafre” smartfonu, həmçinin toxunuş sensoru vasitəsilə reallaşdırılmış kontaktsız idarə etmə funksiyasına və qeyri-adi zəngli saata malikdir. Smartfonda, həmçinin “Kyocera” smartfonu üçün ənənəvi özəlliklər reallaşdırılıb: danışıq dinamiki yoxdur, əvəzində səsin vibrasiya ilə çıxışı, yəni “Smart Sonic Receiver” əlçatandır və cihaz zərbəyə davamlıdır.

Smartfon ağ, çəhrayı və mavi rənglərdə əlçatan olacaq. Qurğunun dəyəri hələ ki açıqlanmayıb.

Emil Hüseynov






Baxış sayı: 482

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024