12px13px15px17px
Tarix:30/01/17

Yeni “Vertu” smartfonu nümayiş olunub

Hazırda Çinin “Godin Holdings” korporasiyasına məxsus “Vertu” mobil telefon istehsalçısı “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən “Constellation” adlı yeni smartfon hazırlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Populyarnaya Mexanika resursuna istinadən yazır ki, “Constellation” istehsal xəttindən olan yeni model iki SİM kartı dəstəkləyir və “WQHD” təsvir ölçülü 5,5 düymlü sensor “AMOLED” ekran və sapfir şüşə ilə təchiz edilib. “Qualcomm Snapdragon 820” prosessoru ilə işləyən smartfon 4 giqabayt operativ və “microSD” formatlı kartlarla genişləndirilməsi mümkün olan 128 giqabayt tutumlu quraşdırılmış yaddaşa malikdir. Əsas kameranın təsvir ölçüsü 12, ön kameranın 4 meqapiksel təşkil edir.

Qurğunun akkumulyatorunun gücü 3220 milliamper/saata bərabərdir, həmçinin simsiz enerji doldurulması dəstəklənir. Korpus anod alüminiumdan düzəldilib, rəngi və quruluşu müştərilərin istəyinə uyğun seçilən təbii dəri ilə bəzədilib. Arxa paneldə elit telefonun mənşəyi barədə şübhələrin yaranmaması üçün metal lövhə üzərində oyma ilə “İngiltərədə əllə yığılıb” yazılıb.

“Vertu” üçün ənənəvi olaraq hotel xidmətçisi ilə daim əlaqə saxlamaq üçün ayrıca düymə quraşdırılıb. “Android Marshmallow 6.0.1” sistemi ilə işləyən yeni “Constellation” smartfonunun fevralın 23-də satışa çıxarılacağı gözlənilir. Elit qurğunun qiyməti təxminən 5 min avro təşkil edəcək.

Nizam Nuriyev






Baxış sayı: 689

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024