Tarix:31/01/17
“Microsoft” şirkətinin məlumatına istinadən “Softpedia” internet nəşri yazır ki, hazırda dünyada masaüstü kompüterlərin 46%-i “Windows 10” əməliyyat sistemi ilə işləyir. “Windows 7” və “Windows 8.1” əməliyyat sistemlərinin payı müvafiq olaraq 39% və 13% hesablanır.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, proqram nəhənginin rəsmisi bildirib ki, statistika 2016-cı ilin noyabrında toplanılmış məlumatlar əsasında tərtib edilib.
“Microsoft”un məlumatlarına əsasən, “Windows 10” sisteminin bazar payı 2015-ci ilin iyulundan etibarən sürətlə artıb, amma son aylar “Windows 7” və “Windows 8.1” sistemləri ilə işləyən kompüter istifadəçiləri üçün pulsuz quraşdırmanın dayandırılması səbəbindən artım tempi zəifləyib.
Qeyd etmək lazımdır ki, “Microsoft”un məlumatları “NetMarketShare” və “StatCounter” xidmətlərinin informasiyasından fərqlənir. Belə ki, 2016-cı ilin dekabrına olan məlumata görə, dünyadakı kompüterlərin 27.2%-i “Windows 10” əməliyyat sistemi ilə işləyir. “Windows 7” sisteminin bazar payı 40.2% təşkil edir. “Apple” şirkətinin “macOS” (11%) platforması ilk üçlükdə qərarlaşıb.
“NetMarketShare” tədqiqat şirkətinin məlumatına görə, 2016-cı ilin dekabrında “Windows 7” sisteminin bazar payı 48.3%, “Windows 10” platformasında isə 24.4% təşkil edib.
“NetMarketShare” və “StatCounter” xidmətlərinin statistikasına görə, “Windows 10” əməliyyat sisteminin mövqeyi ancaq “Microsoft” şirkətinin qələmə verdiyi sürətdə olmasa da, güclənməyə davam edir.
Emil Hüseynov
“Microsoft”: “Windows 10” kompüterlər üçün əməliyyat sistemləri bazarında liderdir
“Microsoft” şirkətinin məlumatına görə, “Windows 10” dünyada masaüstü kompüterlər üçün ən populyar əməliyyat sistemidir. Proqram nəhənginin məlumatları müstəqil ekspertlərin hesablamaları ilə uyğun gəlmir.“Microsoft” şirkətinin məlumatına istinadən “Softpedia” internet nəşri yazır ki, hazırda dünyada masaüstü kompüterlərin 46%-i “Windows 10” əməliyyat sistemi ilə işləyir. “Windows 7” və “Windows 8.1” əməliyyat sistemlərinin payı müvafiq olaraq 39% və 13% hesablanır.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, proqram nəhənginin rəsmisi bildirib ki, statistika 2016-cı ilin noyabrında toplanılmış məlumatlar əsasında tərtib edilib.
“Microsoft”un məlumatlarına əsasən, “Windows 10” sisteminin bazar payı 2015-ci ilin iyulundan etibarən sürətlə artıb, amma son aylar “Windows 7” və “Windows 8.1” sistemləri ilə işləyən kompüter istifadəçiləri üçün pulsuz quraşdırmanın dayandırılması səbəbindən artım tempi zəifləyib.
Qeyd etmək lazımdır ki, “Microsoft”un məlumatları “NetMarketShare” və “StatCounter” xidmətlərinin informasiyasından fərqlənir. Belə ki, 2016-cı ilin dekabrına olan məlumata görə, dünyadakı kompüterlərin 27.2%-i “Windows 10” əməliyyat sistemi ilə işləyir. “Windows 7” sisteminin bazar payı 40.2% təşkil edir. “Apple” şirkətinin “macOS” (11%) platforması ilk üçlükdə qərarlaşıb.
“NetMarketShare” tədqiqat şirkətinin məlumatına görə, 2016-cı ilin dekabrında “Windows 7” sisteminin bazar payı 48.3%, “Windows 10” platformasında isə 24.4% təşkil edib.
“NetMarketShare” və “StatCounter” xidmətlərinin statistikasına görə, “Windows 10” əməliyyat sisteminin mövqeyi ancaq “Microsoft” şirkətinin qələmə verdiyi sürətdə olmasa da, güclənməyə davam edir.
Emil Hüseynov
Baxış sayı: 610
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)