Tarix:02/02/17
“ICTnews” Elektron Xəbər Xidməti “N+1” resursuna istinadən yazır ki, vəzifədən asılı olaraq şirkət əməkdaşları kommersiya sirri təşkil edən müxtəlif informasiyalardan istifadə edirlər. Bundan başqa, elektron açara malik əməkdaş ondan qadağan olunmuş əraziyə kənar şəxslərin buraxılması üçün istifadə edə bilər. Məhz belə təhlükələrin qarşısını almaq üçün Britaniya şirkəti əməkdaşların gündəlik davranış qaydalarına nəzarət sistemini yaradıb.
Məlumata görə, sistem əvvəlcə təşkilat çərçivəsində normal iş, əməkdaşların, şöbə və departamentlərin qarşılıqlı fəaliyyəti ilə bağlı məlumat nümunələri ilə təchiz edilir. Proqram müxtəlif informasiyanı, o cümlədən fayl və proqramlarla iş üzrə statistikanı və nəzarət sistemindən istifadə haqqında məlumatları toplayır. Sistemin işləməsi barədə ətraflı məlumat verilməsə də, təlim prosesinin təsvirindən görünür ki, o, kompüter təlimi üsullarından yararlanır.
Bildirilir ki, toplanan məlumatlar sayəsində proqram hər bir əməkdaş üçün xarakterik olan gündəlik fəaliyyətin izini tərtib edir. Məsələn, işçi heç vaxt daxil olmadığı qapını buraxılış vəsiqəsi ilə açmaq istəsə və ya kənar məlumat daşıyıcısına iritutumlu informasiyanın surətini köçürən zaman sistem bu barədə təhlükəsizlik xidmətinin əməkdaşlarına məlumat verəcək. Bundan əlavə, sistem əmək məhsuldarlığının təhlili üçün informasiyanın toplanması aləti kimi çıxış edir. Məsələn, proqram əməkdaşların şirkətin kompüterlərində kənar əlavələrdən istifadə etməmələrinə və başqa məşğuliyyətlər üçün işdən yayınmamalarına nəzarəti həyata keçirir.
Nizam Nuriyev
Süni intellekt işdən yayınan əməkdaşları müəyyənləşdirəcək
Böyük Britaniyanın “StatusToday” şirkəti əməkdaşların hərəkətlərini izləyərək adi davranış qaydalarından yayınmalara diqqət yetirən korporativ təhlükəsizlik monitorinq sistemi hazırlayıb.“ICTnews” Elektron Xəbər Xidməti “N+1” resursuna istinadən yazır ki, vəzifədən asılı olaraq şirkət əməkdaşları kommersiya sirri təşkil edən müxtəlif informasiyalardan istifadə edirlər. Bundan başqa, elektron açara malik əməkdaş ondan qadağan olunmuş əraziyə kənar şəxslərin buraxılması üçün istifadə edə bilər. Məhz belə təhlükələrin qarşısını almaq üçün Britaniya şirkəti əməkdaşların gündəlik davranış qaydalarına nəzarət sistemini yaradıb.
Məlumata görə, sistem əvvəlcə təşkilat çərçivəsində normal iş, əməkdaşların, şöbə və departamentlərin qarşılıqlı fəaliyyəti ilə bağlı məlumat nümunələri ilə təchiz edilir. Proqram müxtəlif informasiyanı, o cümlədən fayl və proqramlarla iş üzrə statistikanı və nəzarət sistemindən istifadə haqqında məlumatları toplayır. Sistemin işləməsi barədə ətraflı məlumat verilməsə də, təlim prosesinin təsvirindən görünür ki, o, kompüter təlimi üsullarından yararlanır.
Bildirilir ki, toplanan məlumatlar sayəsində proqram hər bir əməkdaş üçün xarakterik olan gündəlik fəaliyyətin izini tərtib edir. Məsələn, işçi heç vaxt daxil olmadığı qapını buraxılış vəsiqəsi ilə açmaq istəsə və ya kənar məlumat daşıyıcısına iritutumlu informasiyanın surətini köçürən zaman sistem bu barədə təhlükəsizlik xidmətinin əməkdaşlarına məlumat verəcək. Bundan əlavə, sistem əmək məhsuldarlığının təhlili üçün informasiyanın toplanması aləti kimi çıxış edir. Məsələn, proqram əməkdaşların şirkətin kompüterlərində kənar əlavələrdən istifadə etməmələrinə və başqa məşğuliyyətlər üçün işdən yayınmamalarına nəzarəti həyata keçirir.
Nizam Nuriyev
Baxış sayı: 490
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı