12px13px15px17px
Tarix:02/02/17

“Edge” brauzerinin sonuncu versiyası nümayiş etdirilib

“Microsoft” korporasiyası “Windows 10 Creators Update” yenilənməsinin sonuncu versiyasının buraxılışını tədricən başa çatdırır. Fevralın 2-də “Edge” brauzeri üçün ənənəvi olaraq böyük yeniliklər olmadan bir sıra kiçik dəyişikliklərin daxil olduğu sonuncu dəyişikliklər nümayiş olunub. Başlıca görünən fərq menyu, tarixçə və açıq səhifə tab-vərəqələrinin işinin təşkilidir. Onların hamısı daim istifadəçinin gözünə görünməsə də, tez açılır və bir sıra funksiyalardan istifadəyə imkan verir. Məsələn, müəyyən müddət üçün bütün tab-vərəqələri açmaq, internet saytının görünüşünə əvvəlcədən baxmaq və funksiyaları quraşdırmaq mümkündür.  

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “Microsoft” uzun müddət “Edge”də genişlənmənin dəstəyini tətbiq etməyib, lakin “Creators Update” ilə proqram tərtibatçıları yeni imkanların həyata keçirilməsi üçün genişləndirilmiş alətlər dəsti əldə edəcəklər.

Digər vacib yenilik “WebVR” platformasının dəstəklənməyə başlanılmasıdır ki, bu da video və digər multimedia kontentinə bilavasitə “Edge” brauzeri vasitəsilə baxmaq üçün virtual reallıq qurğularının dəstəklənməsi deməkdir. “HoloLens” virtual reallıq eynəyinin satışları ilə bağlı xəbərlər fonunda tərtibatçıların ona daha çox diqqət yetirəcəkləri, “Windows Holographic” platformasının isə yeni funksiyalarla təchiz ediləcəyi istisna edilmir. Bundan başqa, “Edge”də saytlarda məhsul və xidmətlərin alışı zamanı onlayn ödənişlər üçün xüsusi təhlükəsizlik rejimi quraşdırılacaq. Videoda, həmçinin bilavasitə kompüterdə kitab oxumaq imkanına malik elektron kitab mağazası nümayiş olunub.

ABŞ istehsalçısı “Windows 10” əməliyyat sistemi üçün “Creators Update” yenilənməsinin sonuncu versiyasının buraxılış tarixi barədə məlumat verməsə də, bunun apreldə baş tutacağı ehtimal edilir.

Nizam Nuriyev





Baxış sayı: 608

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024