12px13px15px17px
Tarix:01/10/11

Maykl Ceksonun xatirəsinə həsr olunmuş konsert “Facebook”da yayımlanacaq

Oktyabrın 8-də Uelsdə Maykl Ceksonun xatirəsinə həsr edilmiş "Michael Forever - The Tribute Concert" adlı konsert keçiriləcək. “Facebook” istifadəçiləri konsertin translyasiyasına baxa biləcəklər.

Sosial şəbəkə istifadəçiləri “Milyoni” şirkəti tərəfindən yaradılmış proqram vasitəsi ilə translyasiyaya baxa biləcəklər.

Konsert günü virtual biletlərin qiyməti təxminən 5 dollar, sonrakı günlərdə isə təxminən 4 dollar təşkil edəcək. Biletlərin pulunu, həmçinin “Facebook kredit"lərlə - sosial şəbəkənin virtual valyutası ilə də ödəmək olar.

Ceksonun xatirə konsertində Beyons, Kristina Aqulera, “Black Eyed Peas” qrupu və digər məşhur ifaçılar çıxış edəcəklər. Konsertin aparıcısı aktyor və musiqiçi Cemi Foks olacaq.

Konsertə biletlərin qiyməti 85-195 dollar arasında dəyişilir. Maykl Cekson 2009-cu il iyun ayının 25-də öz evində həddən artıq dozada tibbi preparatlardan istifadədən ölüb.



Baxış sayı: 1622

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024