12px13px15px17px
Tarix:07/02/17

Londonda “ağıllı” mağazalar açılacaq

“The Times” nəşri yazır ki, “Amazon” şirkəti Londonun mərkəzində ticarət meydançalarının aktiv axtarışı ilə məşğul olub. Belə fəaliyyətin əsas məqsədi yaxın gələcəkdə yeni "ağıllı" supermarketlər istifadəyə verməkdir.

“ICTnews” Elektron Xəbər Xidməti “dni24.com” saytına istinadən yazır ki, London sakinləri artıq tezliklə yeni “Amazon Go” supermarketlərinin xidmətindən yararlana biləcəklər. Belə supermarketlərdə kassanın önündə növbə gözləməyə ehtiyac olmayacaq. "Ağıllı" texnologiyalar əsasında işləyən belə mağaza artıq 2015-ci ilin sonundan etibarən Sietldə fəaliyyət göstərir. Hələ ki bu ticarət nöqtəsi yalnız firmanın əməkdaşları üçün sınaq  rejimində əlçatandır, ancaq “Amazon” şirkəti cari ildə adi vətəndaşlar üçün belə mağazalar istifadəyə verəcək. Alıcılar, sadəcə, mağazaya daxil olub rəfdən lazımi məhsulu götürərək  çıxışa tərəf gedəcəklər. “Ağıllı” sistem alış-verişin ödənişi üçün lazımi pul məbləğini alıcının kartından çəkəcək. “Amazon Go” supermarketinə daxil olmaq üçün öncədən xüsusi proqram qurulmuş smartfona malik olmaq və girişdə “QR” kodu skan etmək lazımdır.

Emil Hüseynov




Baxış sayı: 494

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024