Tarix:08/02/17
“ICTnews” Elektron Xəbər Xidməti “N+1” resursuna istinadən yazır ki, peşəkar idmançılar və həvəskarlar məlumatın göstərilməsi üçün bəzən bilərzik şəklində olan “ağıllı” qolbaqlardan istifadə edirlər, lakin belə qurğular bir sıra çatışmazlıqlara malikdir. Belə ki, onlar aktual informasiyanın fasiləsiz göstərilməsi üçün yaramır. Məsələn, saat şəkilli klassik “ağıllı” qolbağın ekranı üst geyimin qollarına görə görsənməyə bilər. Bundan başqa, bilərzikdə olan ekrana aktiv idman növləri ilə məşğul olan zaman baxmaq narahatlıq yaradır.
İki şirkət tərəfindən təqdim edilən xizək prototipi “Hero Master” xizəyinin modifikasiya edilmiş versiyasıdır. Xizək hazırda işlək prototip şəklindədir və mütəxəssislər yaxın vaxtlarda “ağıllı” qolbaqla təchiz edilən xizək ləvazimatlarının seriyalı istehsalına başlamağı planlaşdırmırlar.
Bildirilir ki, sistem real vaxt rejimində ötürücülərdən məlumat toplayan və onları emal edərək tez bir zamanda sürəti, yüklənməni və ya dönmə bucağını öyrənməyə imkan verən “PIQ Robot” mikrokompüterindən istifadə edir. Həmçinin xizəkdə istifadəçiyə bütün lazımi informasiyanı asanlıqla görməyə imkan verən işiq diodlu indikator quraşdırılıb. Qısa təsvirdən mikrokompüterin xizəyə quraşdırılması, eləcə də göstərilən informasiyanın xizək sahibinə necə kömək etməsi tam aydın deyil. Güman etmək olar ki, belə məlumatlar müxtəlif akrobatik elementlərin öyrədilməsi və məşqi zamanı aktuallıq kəsb edir.
Nizam Nuriyev
“Ağıllı” xizək idmançı üçün lazımi informasiyanı göstərəcək
Dağ xizək ləvazimatlarının istehsalı ilə məşğul olan “Rossignol” şirkəti “PIQ” elektronika istehsalçısı ilə birlikdə idmançı üçün aktual informasiyanı göstərən ekranın quraşdırıldığı xizək prototipi hazırlayıb.“ICTnews” Elektron Xəbər Xidməti “N+1” resursuna istinadən yazır ki, peşəkar idmançılar və həvəskarlar məlumatın göstərilməsi üçün bəzən bilərzik şəklində olan “ağıllı” qolbaqlardan istifadə edirlər, lakin belə qurğular bir sıra çatışmazlıqlara malikdir. Belə ki, onlar aktual informasiyanın fasiləsiz göstərilməsi üçün yaramır. Məsələn, saat şəkilli klassik “ağıllı” qolbağın ekranı üst geyimin qollarına görə görsənməyə bilər. Bundan başqa, bilərzikdə olan ekrana aktiv idman növləri ilə məşğul olan zaman baxmaq narahatlıq yaradır.
İki şirkət tərəfindən təqdim edilən xizək prototipi “Hero Master” xizəyinin modifikasiya edilmiş versiyasıdır. Xizək hazırda işlək prototip şəklindədir və mütəxəssislər yaxın vaxtlarda “ağıllı” qolbaqla təchiz edilən xizək ləvazimatlarının seriyalı istehsalına başlamağı planlaşdırmırlar.
Bildirilir ki, sistem real vaxt rejimində ötürücülərdən məlumat toplayan və onları emal edərək tez bir zamanda sürəti, yüklənməni və ya dönmə bucağını öyrənməyə imkan verən “PIQ Robot” mikrokompüterindən istifadə edir. Həmçinin xizəkdə istifadəçiyə bütün lazımi informasiyanı asanlıqla görməyə imkan verən işiq diodlu indikator quraşdırılıb. Qısa təsvirdən mikrokompüterin xizəyə quraşdırılması, eləcə də göstərilən informasiyanın xizək sahibinə necə kömək etməsi tam aydın deyil. Güman etmək olar ki, belə məlumatlar müxtəlif akrobatik elementlərin öyrədilməsi və məşqi zamanı aktuallıq kəsb edir.
Nizam Nuriyev
Baxış sayı: 474
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı