12px13px15px17px
Tarix:08/02/17

“YouTube”da mobil translyasiyalar funksiyası istifadəyə verilib

“YouTube” şirkəti servisin mobil əlavəsində birbaşa translyasiyalar funksiyasını istifadəyə verib. Bu barədə şirkətin mətbuat xidmətinin məlumatında deyilir. 

“ICTnews” Elektron Xəbər Xidməti “Searchengines” resursuna istinadən yazır ki, yeni funksiyadan əvvəlcə 10 mindən çox abunəçisi olan bütün translyasiya müəllifləri, gələcəkdə isə servisin digər istifadəçiləri yararlana biləcəklər.

Məlumata görə, birbaşa efirə çıxmaq üçün müəllifin proqramı açaraq qeydetmə düyməsini basması tələb olunur.

Translyasiyaların hamısı sonradan baxılmaq üçün saxlanılacaq. Axtarış vasitəsilə tapılacaq translyasiya qeydləri, həmçinin tövsiyə olunan video bölməsinə daxil ediləcək.  

Video interfeysində proqram tərtibatçıları efiri ictimai və ya xüsusi edə, abunəçiləri onun başlanma vaxtı və çatın qoşulması barədə məlumatlandıra biləcəklər.

Əvvəllər bütün translyasiyaları “Creator Studio” vasitəsilə yalnız təsdiq edilmiş kanal sahibləri apara bilirdilər.

“YouTube” əlavəsində birbaşa translyasiya funksiyasının istifadəyə veriləcəyi barədə ilk dəfə 2016-cı ilin iyununda məlum olub. 

Bu ilin yanvarında “YouTube” müəlliflərə translyasiyalar vasitəsilə qazanc əldə etməyə imkan verən “Superçat” funksiyasını işə salıb.

Nizam Nuriyev 




Baxış sayı: 460

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024