12px13px15px17px
Tarix:08/02/17

Yeni optik rabitə kanalı sınaqdan keçirilib

Çində eyni anda 13,5 milyard abunəçinin ünsiyyət qura biləcəyi optik rabitə kanalının sınaqları keçirilib.

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, layihə iştirakçıları şərhlərdə Çində hazırlanan meqabayt tutumlu məlumatların yüksək sürətlə və böyük məsafələrə ötürülməsini nəzərdə tutan texnologiyaların yeni inkişaf mərhələsinə qədəm qoymasını qeyd edərək eksperiment prosesində məlumatların saniyədə 560 terabayt sürətində ötürülməsinə nail olunmasını bildiriblər.

Məlumata görə, sınaqlar yeddi mərkəzi telə malik birmodullu optik kabeldən istifadə edilməklə həyata keçirilib. Hazırda istifadə olunan optik lif çinli alimlərin əyani müqayisəsində birxətli dəmir yolu rolunda çıxış edirsə, Çində sınaqdan keçirilən yeni texnologiya yeddizolaqlı sürətli magistralla müqayisə olunur.  

Son vaxtlar ötürülən informasiya həcminin daim artması ilə əlaqədar olaraq qlobal kommunikasiya şəbəkə sistemlərinin çox yüklənməsi dünyanın əksər ölkələrində, o cümlədən Çində innovativ optik lif texnologiyalarının yaradılmasını zəruri edib.

Belə texnologiyaların yaradılması yolunda 2014-cü ildə Çində məlumatı saniyədə 100 terabayt sürətində ötürən eksperimental optik rabitə sisteminin sınağı keçirilib. Bu istiqamətdə növbəti addımlar yerli mütəxəssislərə artıq bir ildən sonra bu sürəti iki dəfə, daha sonra ilkin nəticəni üç dəfə artırmağa imkan verib.

Nizam Nuriyev 




Baxış sayı: 552

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024