Tarix:08/02/17
“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, ötən il respondentlərin yarıdan çoxunun (57 faiz) bir dəfə, 42 faizinin iki və daha çox kiberhücuma məruz qalması məlum olub. Bundan əlavə, şirkətlərin 53 faizi hücumların dəf edilməsi üçün kifayət qədər hazırlıqlı olmayıb. Rəyi soruşulanların yalnız 30 faizi kiberhücumlarla lazımi səviyyədə mübarizəyə hazırdır.
Kiberinsidentlərə səbəblər kimi respondentlər kənar kiberhücumları (42 faiz), tədarükçülərə edilən hücumları (27 faiz) və smartfon və planşet kimi qurğuların itirilməsi və ya oğurlanmasını (25 faiz) göstəriblər.
Hesabata görə, ötən il böyük kiberhücumlardan dəyən ziyanın orta məbləği Almaniyanın kiçik biznes şirkətləri üçün təxminən 22 min avro, böyük ABŞ şirkətləri üçün 100 min dollar təşkil edib.
Xatırladaq ki, ekspertlərin proqnozlarına görə, 2017-ci ildə banklara kiberhücumların sayı 2016-cı illə müqayisədə 30 faiz yüksələcək, kibercinayətkarlar tərəfindən oğurlanan vəsaitlərin məbləği iki dəfə artacaq.
Nizam Nuriyev
Kibercinayətkarlıq dünya iqtisadiyyatına 450 milyard dollar ziyan vurub
2016-cı ildə kibercinayətkarlıq fəaliyyəti nəticəsində dünya iqtisadiyyatına dəyən ziyanın məbləği 450 milyard dollar təşkil edib, 2 milyard fərdi məlumat oğurlanıb. Bu barədə “Hiscox” sığorta şirkətinin kibercinayətkarlığın iqtisadiyyat və biznesə təsirinə həsr edilən hesabatında deyilir. Tədqiqat çərçivəsində mütəxəssislər 3 min Böyük Britaniya, Almaniya və ABŞ şirkətinin rəyini öyrənib.“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, ötən il respondentlərin yarıdan çoxunun (57 faiz) bir dəfə, 42 faizinin iki və daha çox kiberhücuma məruz qalması məlum olub. Bundan əlavə, şirkətlərin 53 faizi hücumların dəf edilməsi üçün kifayət qədər hazırlıqlı olmayıb. Rəyi soruşulanların yalnız 30 faizi kiberhücumlarla lazımi səviyyədə mübarizəyə hazırdır.
Kiberinsidentlərə səbəblər kimi respondentlər kənar kiberhücumları (42 faiz), tədarükçülərə edilən hücumları (27 faiz) və smartfon və planşet kimi qurğuların itirilməsi və ya oğurlanmasını (25 faiz) göstəriblər.
Hesabata görə, ötən il böyük kiberhücumlardan dəyən ziyanın orta məbləği Almaniyanın kiçik biznes şirkətləri üçün təxminən 22 min avro, böyük ABŞ şirkətləri üçün 100 min dollar təşkil edib.
Xatırladaq ki, ekspertlərin proqnozlarına görə, 2017-ci ildə banklara kiberhücumların sayı 2016-cı illə müqayisədə 30 faiz yüksələcək, kibercinayətkarlar tərəfindən oğurlanan vəsaitlərin məbləği iki dəfə artacaq.
Nizam Nuriyev
Baxış sayı: 467
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet