12px13px15px17px
Tarix:13/02/17

Yığcam cihaz istifadəçilərə pis qoxu ilə əlaqədar xəbərdarlıq edəcək

Yaponlar tərəfindən təqdim edilmiş qurğu istifadəçidən gələn qoxunu hiss etmək və bu qoxu xoşagəlməz olduqda istifadəçini xəbərdar etmək qabiliyyətinə malikdir.

İnsanı əhatə edən qoxuların əksəriyyətinə nəzarət etmək olmur, çünki bu qoxular insan tərəfindən yaradılır. Yaponiya şirkətlərindən biri istifadəçini ondan xoşagəlməz qoxunun yayılması ilə əlaqədar xəbərdar edən qurğu düşünüb.

“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, “KunKun” adlandırılmış yeni cihaz çox vaxt pis qoxularla bağlı olan diasetil, ammonyak, izovalerian turşusunun aşkar edilməsi üçün nəzərdə tutulmuş cib datçiki formasındadır.

 
İstifadəçilər bu qurğudan istifadə etmək üçün onu bədənin pis qoxu verən hissəsinə doğru yaxınlaşdırmalıdırlar. Bundan sonra “KunKun” cihazı qoxunun müstəqil təhlilini aparır və məlumatı istifadəçinin smartfonuna  ötürür.

Emil Hüseynov




Baxış sayı: 508

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024