12px13px15px17px
Tarix:14/02/17

Niderland şirkəti uçan avtomobillərinə ilkin sifarişlərin qəbuluna başlayıb

“PAL-V” şirkəti öz vədinə sadiq qalaraq uçan avtomobil istehsal edib. Çoxsaylı uğurlu sınaq uçuşlarından, ABŞ və Avropa avtomobil və aviasiya standartlarına aid bütün problemlərin həllindən sonra şirkət “PAL-V Liberty” uçan avtomobillərinə ilkin sifarişlərin qəbuluna başladığını elan edib.

“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, “PAL-V Liberty” uçan avtomobili üçtəkərli avtomobil və vertolyotun birgə hibrididir. Avtomobilin içərisində ikiqat güc transmissiyası əsasında yaradılmış “Rotax” mühərriki qurulub: mühərriklərdən biri yollarda hərəkət üçün, digəri isə uçuşlar zamanı istifadə olunur.

Avtomobil rejimində vint korpusun daxilində gizlədilir, qanadların yığılmasına baxmayaraq,  üst hissədə görsənir. Bu rejimdə mühərrik saatda 160 km sürətlə hərəkət edə bilir.

Sürücü uçmazdan öncə avtomobili hazırlamalıdır. İstehsalçıların məlumatına görə, bütün bu prosesə 5-10 dəqiqə vaxt sərf olunur. Vertolyot rejimində mühərrik saatda 180 km sürətlə uçur. Maksimum uçuş hündürlüyü 3500 metrdir.

Şirkət “PAL-V Liberty” uçan avtomobilinin ilk versiyalarını təxminən 600 min dollar satmağı planlaşdırır. Ancaq təxminən 1 il sonra çıxarılacaq “Sport” modelinin dəyəri 400 min dollar təşkil edəcək.

Emil Hüseynov






Baxış sayı: 484

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024