Tarix:15/02/17
“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, istifadəçilərin saytda davranışlarını izləmək resursa daxil olanların standart funksiyalı brauzerlərdən istifadə edəndə daha asan olur. Müasir statistik məlumatlar servisləri bu vəzifənin öhdəsindən layiqincə gəlirlər.
Məlumata görə, istifadəçilər sayta keçid almaq üçün fərdi brauzer funksiyalarından, IP ünvanın dəyişdirilməsi üçün müxtəlif plaginlərdən və ya digər hiylələrdən istifadə edən zaman vəziyyət bir qədər çətinləşir. Bəzi istifadəçilər internetdə fəaliyyətini maksimum gizlətmək üçün hətta brauzer sorğularının izlənilməsi funksiyasını söndürürlər.
ABŞ mütəxəssisləri informasiyanın təkcə internet brauzerindən deyil, həm də videokart, prosessor və digər proqramlaşdırmadan toplanılmasına əsaslanan unikal üsul icad ediblər. Üç ay davam edən ilkin sınaqların nəticələrinə görə, metod istifadəçiləri 99,2 faiz dəqiqliklə müəyyənləşdirməyə imkan verir.
Layihə rəhbəri bildirib ki, hazırda yeni texnologiya daha çox onlayn resurslara daxil olmaq üçün “Tor” brauzerini tətbiq edən istifadəçiləri izləməkdə çətinliklə üzləşir.
Nizam Nuriyev
İnternet istifadəçilərini 99 faiz dəqiqliklə müəyyənləşdirən üsul yaradılıb
ABŞ-ın Lihay Universitetinin mütəxəssisləri internet istifadəçilərinin identifikasiyası üçün yeni üsul hazırlayıblar. Yeni metod, həmçinin müxtəlif funksiyalı bir neçə brauzerdən istifadə edən istifadəçiləri müəyyənləşdirməyə imkan verir.“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, istifadəçilərin saytda davranışlarını izləmək resursa daxil olanların standart funksiyalı brauzerlərdən istifadə edəndə daha asan olur. Müasir statistik məlumatlar servisləri bu vəzifənin öhdəsindən layiqincə gəlirlər.
Məlumata görə, istifadəçilər sayta keçid almaq üçün fərdi brauzer funksiyalarından, IP ünvanın dəyişdirilməsi üçün müxtəlif plaginlərdən və ya digər hiylələrdən istifadə edən zaman vəziyyət bir qədər çətinləşir. Bəzi istifadəçilər internetdə fəaliyyətini maksimum gizlətmək üçün hətta brauzer sorğularının izlənilməsi funksiyasını söndürürlər.
ABŞ mütəxəssisləri informasiyanın təkcə internet brauzerindən deyil, həm də videokart, prosessor və digər proqramlaşdırmadan toplanılmasına əsaslanan unikal üsul icad ediblər. Üç ay davam edən ilkin sınaqların nəticələrinə görə, metod istifadəçiləri 99,2 faiz dəqiqliklə müəyyənləşdirməyə imkan verir.
Layihə rəhbəri bildirib ki, hazırda yeni texnologiya daha çox onlayn resurslara daxil olmaq üçün “Tor” brauzerini tətbiq edən istifadəçiləri izləməkdə çətinliklə üzləşir.
Nizam Nuriyev
Baxış sayı: 442
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet