Tarix:15/02/17
“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, əməliyyat barədə Polşanın bir sıra banklarında naməlum zərərli proqram təminatı aşkarlanandan sonra məlum olub. Yoluxma mənbəyinin Polşa Maliyyə Nəzarəti Komissiyasının olması bildirilir. Cinayətkarlar tənzimləyici orqanın saytına müdaxilə edərək resurs istifadəçilərini qurbanın kompüterinə zərərli proqram təminatını yükləyən eksploytlar dəstinin olduğu səhifəyə yönəldən skripti tətbiq ediblər.
Məlumata görə, hücumlarda cinayətkarlar istifadəçilərin kompüterlərini təxminən 150 IP ünvanının daxil olduğu siyahı əsasında yoluxduran “custom exploit kit” kompüter proqramından istifadə ediblər. Ünvanlar dünyanın 31 ölkəsində fəaliyyət göstərən 104 təşkilata (əsasən banklar və azsaylı telekommunikasiya şirkətləri və internet provayderləri) məxsusdur.
Aparılan təhlillərdən məlum olub ki, “Downloader.Ratankba” adlanan zərərli proqram təminatı kodu “Sony Pictures Entertainment” şirkətinə müdaxilədə, ABŞ və Cənubi Koreyanın bir sıra obyektlərinə kiberhücumların təşkilində əlaqəsinin olması bildirilən “Lazarus” haker qrupu tərəfindən tətbiq edilən zərərli proqramı ilə oxşar xüsusiyyətlərə malikdir. Hazırda “Symantec” analitikləri “Ratankba” zərərli proqram təminatını öyrənməkdə davam edirlər.
Nizam Nuriyev
Hakerlər dünya ölkələri təşkilatlarına hücumlar ediblər
“Symantec” şirkətinin ekspertləri dünya təşkilatlarına qarşı yönələn kiberhücumlar dalğasını qeydə alıblar. 2016-cı ilin oktyabrından davam edən zərərli kampaniya çərçivəsində cinayətkarlar bankların kompüter sistemlərini naməlum zərərli proqram təminatına yoluxdurublar.“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, əməliyyat barədə Polşanın bir sıra banklarında naməlum zərərli proqram təminatı aşkarlanandan sonra məlum olub. Yoluxma mənbəyinin Polşa Maliyyə Nəzarəti Komissiyasının olması bildirilir. Cinayətkarlar tənzimləyici orqanın saytına müdaxilə edərək resurs istifadəçilərini qurbanın kompüterinə zərərli proqram təminatını yükləyən eksploytlar dəstinin olduğu səhifəyə yönəldən skripti tətbiq ediblər.
Məlumata görə, hücumlarda cinayətkarlar istifadəçilərin kompüterlərini təxminən 150 IP ünvanının daxil olduğu siyahı əsasında yoluxduran “custom exploit kit” kompüter proqramından istifadə ediblər. Ünvanlar dünyanın 31 ölkəsində fəaliyyət göstərən 104 təşkilata (əsasən banklar və azsaylı telekommunikasiya şirkətləri və internet provayderləri) məxsusdur.
Aparılan təhlillərdən məlum olub ki, “Downloader.Ratankba” adlanan zərərli proqram təminatı kodu “Sony Pictures Entertainment” şirkətinə müdaxilədə, ABŞ və Cənubi Koreyanın bir sıra obyektlərinə kiberhücumların təşkilində əlaqəsinin olması bildirilən “Lazarus” haker qrupu tərəfindən tətbiq edilən zərərli proqramı ilə oxşar xüsusiyyətlərə malikdir. Hazırda “Symantec” analitikləri “Ratankba” zərərli proqram təminatını öyrənməkdə davam edirlər.
Nizam Nuriyev
Baxış sayı: 449
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı