Tarix:15/02/17
“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, yeni yaradılan əməliyyat sistemi üçün artıq çoxlu optimallaşdırılmış proqram təminatı və oyunlar mövcuddur. Platformanı hamı yükləyərək quraşdıra bilər. K.Lenc və onun həmkarları bildiriblər ki, hazırda sistemin stabil işinin təmininə nail olunub, lakin onun mükəmməl şəklə salınması üçün hələ görüləsi çox iş var. Yaxın vaxtlarda sistem yaradıcıları aşkarlanan səhvləri düzəltmək və ümumilikdə işi yaxşılaşdırmaq məqsədilə yenilənmə təqdim etməyi planlaşdırırlar.
Bildirilir ki, “ToaruOS” təkcə standart fərdi kompüterdə deyil, həm də smartfon və planşetlərdə dəstəklənir. Əsas fərqləndirici cəhəti elastikliyində olan sistemi geniş istifadəçi ehtiyaclarına uyğun quraşdırmaq mümkündür.
“ToaruOS” üçün əlavə və oyunların əksər hissəsi “Python” proqramlaşdırma dili vasitəsilə yaradılıb. Əvvəlcə sistem tədris materialı kimi yaradılsa da, sonradan onun tam proqram məhsulu şəklinə salınması qərara alınıb.
Nizam Nuriyev
Yeni əməliyyat sistemi təqdim olunub
Proqramçı Kevin Lencinin rəhbərlik etdiyi mütəxəssislər qrupu yeni əməliyyat sistemi təqdim edib. “ToaruOS” adlanan platformanın əsasını “Linux” nüvəsi təşkil edir və “C+” dilində yazılıb.“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, yeni yaradılan əməliyyat sistemi üçün artıq çoxlu optimallaşdırılmış proqram təminatı və oyunlar mövcuddur. Platformanı hamı yükləyərək quraşdıra bilər. K.Lenc və onun həmkarları bildiriblər ki, hazırda sistemin stabil işinin təmininə nail olunub, lakin onun mükəmməl şəklə salınması üçün hələ görüləsi çox iş var. Yaxın vaxtlarda sistem yaradıcıları aşkarlanan səhvləri düzəltmək və ümumilikdə işi yaxşılaşdırmaq məqsədilə yenilənmə təqdim etməyi planlaşdırırlar.
Bildirilir ki, “ToaruOS” təkcə standart fərdi kompüterdə deyil, həm də smartfon və planşetlərdə dəstəklənir. Əsas fərqləndirici cəhəti elastikliyində olan sistemi geniş istifadəçi ehtiyaclarına uyğun quraşdırmaq mümkündür.
“ToaruOS” üçün əlavə və oyunların əksər hissəsi “Python” proqramlaşdırma dili vasitəsilə yaradılıb. Əvvəlcə sistem tədris materialı kimi yaradılsa da, sonradan onun tam proqram məhsulu şəklinə salınması qərara alınıb.
Nizam Nuriyev
Baxış sayı: 580
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)