12px13px15px17px
Tarix:15/02/17

Ekranı mexaniki zədələrdən qoruyan maye şüşə hazırlanıb

“Indiegogo” pul toplama platformasında maye şüşənin istehsalına vəsait toplanılması kampaniyasına start verilib. İstehsalçıların iddiasına görə, maye şüşə smartfonun ekranını istənilən zədədən qoruyacaq.

“ProtectPax” istənilən şüşə səthi (smartfonun ekranı, planşetlər, eynək  linzaları və sairə) mexaniki zədələrdən qorumaq üçün nəzərdə tutulmuş tərkibdir. İstehsalçılar mayenin tərkibini açıqlamırlar, amma iddia edirlər ki, istifadə edilmiş texnologiyalar aviasiya və aerokosmik sahələrdə tətbiq olunur.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, ekranın səthinə çəkilən qatın qalınlığı 0,0004 mm-dir.

Müqayisə üçün, adi qoruyucu şüşələrin qalınlığı 0,3 mm-dir. Bərkimiş tərkib 365 gün ərzində görünməz olur.

“ProtectPax” tərkibinin möhkəmliyi “9H” təşkil edir ki, bu da yaqut və ya sapfir şüşə ilə eynidir. Tərkib mexaniki zədələrdən qoruyur, həmçinin qurğudan istifadə zamanı elektromaqnit şüanın intensivliyini 92,7% aşağı salır və bakteriyaların 99%-ni neytrallaşdırır. Barmaq izlərinin olması barədə xəbərdarlıq edir və suya davamlıdır.
 
Kameranı qoruyan şüşəyə bu tərkibi sürtdükdə çəkilişin keyfiyyəti yaxşılaşır. Həmçinin tərkib ekranın reaksiya qabiliyyətini artırır.

Bu tərkibi ekranın səthinə çəkmək şüşə yapışdırmaqdan daha asandır. Yalnız ekranın səthini salfetlə təmizləmək və tərkibi onun üzərində yaymaq lazımdır. Bundan başqa, şüşəni smartfonun modelinə uyğun olaraq seçmək lazımdırsa, maye istənilən qurğu üçün uyğun gələcək.

Ekranın səthinə bu tərkibdən çəkdikdən 10 dəqiqə sonra onu çəkiclə vurmaq və  müxtəlif alətlərlə cızmaq olar.

Emil Hüseynov






Baxış sayı: 503

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024