Tarix:15/02/17
Mövcud virtual reallıq eynəyi modelləri istifadəçinin görmə qabiliyyətinə uyğunlaşdırılmayıb, buna görə zəif görmə qabiliyyətli insanlar belə qurğulardan istifadə zamanı çətinliklərlə üzləşir. Bu halda presbiopiya xəstəliyindən əziyyət çəkən pasiyentlər yaxın məsafədə yerləşən obyektlərə fokuslana bilmirlər, “VR” texnologiyada isə kəskinlik dərinliyinin olmaması sağlam insanın gözlərinin yorulmasına səbəb olur.
“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, Dartmutsk Kolleci və Stenford Universitetinin alimləri "adaptiv fokusa malik təsvirlər" texnologiyasını təqdim ediblər. Müəlliflər bu texnologiyanın əsasında virtual reallıq eynəyinin iki prototipini düzəldiblər. Birinci prototipdə maye linzalardan istifadə edilib, kompüter isə istifadəçi və virtual obyekt arasındakı məsafədən asılı olaraq kəskinlik dərinliyini dəyişdirib.
İkinci prototip “Samsung Gear VR” eynəyi əsasında hazırlanıb və gözlərin izlənilməsi texnologiyası ilə təchiz edilib. Bu halda qurğunun ekranı ötürücü vasitəsilə yerini dəyişdirir ki, bu da obyektə qədər olan məsafənin dəyişilməsini imitasiya edir. Eyni zamanda baxış istiqamətinin izlənilməsi sistemi müşahidə edilən obyektin fonunu bulanıq hala salır və nəticədə kəskinlik dərinliyinin illüziyası yaranır.
Emil Hüseynov
Virtual reallıq eynəyi zəif görmə qabiliyyətli insanlar üçün uyğunlaşdırılıb
Amerikalı alimlər istifadəçinin görmə qabiliyyətinə uyğunlaşan virtual reallıq eynəyinin prototipini hazırlayıb.Mövcud virtual reallıq eynəyi modelləri istifadəçinin görmə qabiliyyətinə uyğunlaşdırılmayıb, buna görə zəif görmə qabiliyyətli insanlar belə qurğulardan istifadə zamanı çətinliklərlə üzləşir. Bu halda presbiopiya xəstəliyindən əziyyət çəkən pasiyentlər yaxın məsafədə yerləşən obyektlərə fokuslana bilmirlər, “VR” texnologiyada isə kəskinlik dərinliyinin olmaması sağlam insanın gözlərinin yorulmasına səbəb olur.
“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, Dartmutsk Kolleci və Stenford Universitetinin alimləri "adaptiv fokusa malik təsvirlər" texnologiyasını təqdim ediblər. Müəlliflər bu texnologiyanın əsasında virtual reallıq eynəyinin iki prototipini düzəldiblər. Birinci prototipdə maye linzalardan istifadə edilib, kompüter isə istifadəçi və virtual obyekt arasındakı məsafədən asılı olaraq kəskinlik dərinliyini dəyişdirib.
İkinci prototip “Samsung Gear VR” eynəyi əsasında hazırlanıb və gözlərin izlənilməsi texnologiyası ilə təchiz edilib. Bu halda qurğunun ekranı ötürücü vasitəsilə yerini dəyişdirir ki, bu da obyektə qədər olan məsafənin dəyişilməsini imitasiya edir. Eyni zamanda baxış istiqamətinin izlənilməsi sistemi müşahidə edilən obyektin fonunu bulanıq hala salır və nəticədə kəskinlik dərinliyinin illüziyası yaranır.
Emil Hüseynov
Baxış sayı: 700
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet