Tarix:17/02/17
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, lakin başlanğıc səviyyəli smartfonların buraxılışının dayandırılması “HTC”-nin bundan sonra yalnız qabaqcıl modellər və bahalı qurğular istehsal edəcəyi demək deyil. Məsələn, ötən il yeni “U” istehsal xəttindən olan “U Ultra” və “U Play” smartfon modelləri nümayiş olunub. Cari ilin sonunadək şirkət daha dörd və ya beş yüksək rentabelli qurğu buraxmağı planlaşdırır. “Snapdragon 835” prosessoru ilə işləyəcək təsdiq edilmiş qabaqcıl modeldən başqa şirkətin istehsal baxımından iqtisadi səmərəli və böyük kapital qoyuluşu tələb etməyən bərabər xüsusiyyətlərə malik daha bir neçə orta sinifli smartfon istehsal edəcəyini ehtimal etmək olar.
Qeyd edək ki, hazırda “HTC” diqqətini şirkət üçün yeni olan virtual reallıq bazarına yönəldib. Ötən il şirkət yüksək xarakteristikalara malik “HTC Vive” virtual reallıq kaskasını təqdim edib. Yaxın vaxtlarda isə istehsalçının mobil həll təqdim edəcəyi gözlənilir.
Nizam Nuriyev
Başlanğıc səviyyəli “HTC” smartfonlarının istehsalı dayandırılır
Son illər “HTC” smartfonlarının satış həcminin azalmasına görə Tayvan şirkəti artıq aparıcı istehsalçılardan hesab olunmur. Bu səbəbdən şirkət qəti tədbirlər görmək məcburiyyəti ilə üzləşib. “HTC” ötən ilin dördüncü rübü üçün hesabatını təqdim edən zaman 2017-ci ildən etibarən başlanğıc səviyyəli smartfonların buraxılışını dayandırmaq niyyətində olmasını açıqlayıb. Bunun əvəzində isə istehsalçı diqqətini yüksək rentabelli və yüksək gəlirli qurğulara yönəltməyi nəzərdə tutur. Bununla bağlı qəbul olunan qərarın məqsədi mobil bölmənin yenidən gəlirlə işləməsi ilə izah edilir.“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, lakin başlanğıc səviyyəli smartfonların buraxılışının dayandırılması “HTC”-nin bundan sonra yalnız qabaqcıl modellər və bahalı qurğular istehsal edəcəyi demək deyil. Məsələn, ötən il yeni “U” istehsal xəttindən olan “U Ultra” və “U Play” smartfon modelləri nümayiş olunub. Cari ilin sonunadək şirkət daha dörd və ya beş yüksək rentabelli qurğu buraxmağı planlaşdırır. “Snapdragon 835” prosessoru ilə işləyəcək təsdiq edilmiş qabaqcıl modeldən başqa şirkətin istehsal baxımından iqtisadi səmərəli və böyük kapital qoyuluşu tələb etməyən bərabər xüsusiyyətlərə malik daha bir neçə orta sinifli smartfon istehsal edəcəyini ehtimal etmək olar.
Qeyd edək ki, hazırda “HTC” diqqətini şirkət üçün yeni olan virtual reallıq bazarına yönəldib. Ötən il şirkət yüksək xarakteristikalara malik “HTC Vive” virtual reallıq kaskasını təqdim edib. Yaxın vaxtlarda isə istehsalçının mobil həll təqdim edəcəyi gözlənilir.
Nizam Nuriyev
Baxış sayı: 688
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet