12px13px15px17px
Tarix:18/02/17

“Samsung Galaxy S8” hansı akkumulyatorla təchiz ediləcək?

"Galaxy Note 7" smartfon modelinin öz-özünə alışması nəticəsində uğursuzluğa görə milyardlarla ziyanla üzləşən Cənubi Koreyanın "Samsung" şirkəti hadisənin təkrarlanmaması üçün özünü maksimum qorumaq qərarına gəlib. Bununla əlaqədar olaraq bu yaxınlarda təqdimatı gözlənilən "Galaxy S8" smartfonu üçün akkumulyator batareyalarının sınaqları diqqətlə yoxlanılır. Həmçinin "Samsung" rəhbərliyi batareya tədarükçülərini şaxələndirməklə bağlı qərar qəbul ediblər. Onlar arasında Yaponiyanın "Sony" şirkəti də yer alıb.

"ICTnews" Elektron Xəbər Xidməti "Planet Today" resursuna istinadən yazır ki, "Sony" akkumulyatorlarının yeni smartfon modelində "Samsung"un öz texnologiyası ilə birlikdə istifadəsi gözlənilir. Bundan başqa, Cənubi Koreya istehsalçısı Yaponiyanın daha bir akkumulyator tədarükçüsü olacaq "Murata Manufacturing" şirkəti ilə saziş imzalayıb.

Cənubi Koreya istehsalçısı "Galaxy S8" smartfonunun fevralın 27-də Barselonada (İspaniya) baş tutacaq "MWC 2017" sərgisində nümayiş edilməyəcəyini bəyan edərək bunun üçün martda ayrıca tədbirin keçiriləcəyini açıqlayıb. Yeni qurğunun bu ilin aprelində satışa çıxarılacağı gözlənilir. 

Nizam Nuriyev 




Baxış sayı: 446

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024