Tarix:20/02/17
“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, yanvarda “Nokia 6” smartfonunu nümayiş etdirən “Nokia” şirkətinə böyük ümidlər var. “Qualcomm Snapdragon 835” çipseti ilə “Android” sistemli “Nokia 7” və “Nokia 8” modellərinin də bu il buraxılacağı gözlənilir.
Çinin “TCL Corp” şirkəti satış həcmi sıfıra bərabər Kanadanın “ВlackBerry” brendini satın alaraq məşhur markanın dizaynında operativ dəyişikliklərə başlayıb. Bununla əlaqədar olaraq Barselonada böyük ümidlərin bəslənildiyi “ВlackBerry Mercury” smartfonu nümayiş olunacaq.
“LG G6” smartfonu sərgisinin açılışı olacağı bildirilir. Mütəxəssislər əmindirlər ki, retro dəbi və qabaqcıl innovasiyaların effektiv birləşməsi istifadəçilərə mobil qurğu ilə ünsiyyətdən maksimum həzz almağa imkan verəcək.
Çinin “Huawei” şirkətinin məhsulları uzun müddətdir populyarlıq qazanıb. Daha çox alıcı cəlb etmək üçün şirkət hər il smartfonların istehsal xəttini yeniləyir və 2017-ci ilin yazı bu baxımdan istisna olmayacaq. Əsas təqdimatın ucuz və bahalı versiyada hazırlanan “Huawei P10” smartfonunun olacağı qeyd olunur. Birinci qurğu 3 giqabaytlıq operativ və 64 giqabaytlıq quraşdırılmış yaddaşla, ikinci qurğu isə müvafiq olaraq 6 giqabaytlıq operativ və 64 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz ediləcək. “Android 7.0” əməliyyat sistemi ilə “Kirin 960” prosessoru qurğunun yüksək məhsuldarlığını təmin edəcək.
“Samsung” şirkəti uğursuzluqdan sonra “Samsung 8” modeli ilə öz şöhrətini qaytarmağa çalışacaq. Alışan akkumulyatorlar tarixdə qalaraq ictimaiyyəti bu anlaşılmazlığı unutmağa, təqdimatı bütün dünyada səbirsizliklə gözlənilən yeni “Samsung 8” smartfonu kömək edəcək. “Snapdragon 840” prosessorunun və “Android 7.0” əməliyyat sisteminin quraşdırılacağı qurğunun operativ yaddaşı 6 giqabayt təşkil edəcək. Həmçinin barəsində məlumatın az olduğu “Galaxy S8 Pro” qurğusunun təqdim ediləcəyi gözlənilir.
Nizam Nuriyev
Martın ən çox gözlənilən smartfonları açıqlanıb
Martda ən çox gözlənilən smartfonların adı açıqlanıb. Barselonada keçiriləcək ən böyük mobil qurğu sərgisi çərçivəsində dünyanın aparıcı “Nokia”, “LG”, “BlackBerry”, “Huawei”, “Samsung” və digər şirkətləri hazırda bəziləri sirr kimi saxlanılan aktual yeniliklərin nümayişinə hazırlaşır.“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, yanvarda “Nokia 6” smartfonunu nümayiş etdirən “Nokia” şirkətinə böyük ümidlər var. “Qualcomm Snapdragon 835” çipseti ilə “Android” sistemli “Nokia 7” və “Nokia 8” modellərinin də bu il buraxılacağı gözlənilir.
Çinin “TCL Corp” şirkəti satış həcmi sıfıra bərabər Kanadanın “ВlackBerry” brendini satın alaraq məşhur markanın dizaynında operativ dəyişikliklərə başlayıb. Bununla əlaqədar olaraq Barselonada böyük ümidlərin bəslənildiyi “ВlackBerry Mercury” smartfonu nümayiş olunacaq.
“LG G6” smartfonu sərgisinin açılışı olacağı bildirilir. Mütəxəssislər əmindirlər ki, retro dəbi və qabaqcıl innovasiyaların effektiv birləşməsi istifadəçilərə mobil qurğu ilə ünsiyyətdən maksimum həzz almağa imkan verəcək.
Çinin “Huawei” şirkətinin məhsulları uzun müddətdir populyarlıq qazanıb. Daha çox alıcı cəlb etmək üçün şirkət hər il smartfonların istehsal xəttini yeniləyir və 2017-ci ilin yazı bu baxımdan istisna olmayacaq. Əsas təqdimatın ucuz və bahalı versiyada hazırlanan “Huawei P10” smartfonunun olacağı qeyd olunur. Birinci qurğu 3 giqabaytlıq operativ və 64 giqabaytlıq quraşdırılmış yaddaşla, ikinci qurğu isə müvafiq olaraq 6 giqabaytlıq operativ və 64 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz ediləcək. “Android 7.0” əməliyyat sistemi ilə “Kirin 960” prosessoru qurğunun yüksək məhsuldarlığını təmin edəcək.
“Samsung” şirkəti uğursuzluqdan sonra “Samsung 8” modeli ilə öz şöhrətini qaytarmağa çalışacaq. Alışan akkumulyatorlar tarixdə qalaraq ictimaiyyəti bu anlaşılmazlığı unutmağa, təqdimatı bütün dünyada səbirsizliklə gözlənilən yeni “Samsung 8” smartfonu kömək edəcək. “Snapdragon 840” prosessorunun və “Android 7.0” əməliyyat sisteminin quraşdırılacağı qurğunun operativ yaddaşı 6 giqabayt təşkil edəcək. Həmçinin barəsində məlumatın az olduğu “Galaxy S8 Pro” qurğusunun təqdim ediləcəyi gözlənilir.
Nizam Nuriyev
Baxış sayı: 335
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet