Tarix:21/02/17
Nəşrin məlumatına görə, 2017-ci ildə “Samsung” sözügedən reytinqdə 49-cu yerdə qərarlaşıb ki, bu da Cənubi Koreya brendinin ötənilki nəticəsi (7-ci yer) ilə müqayisədə xeyli aşağıdır. Həmçinin məlumata əsasən, “Samsung” son 3 il ərzində daima dünyanın aparıcı brendlərinin onluğunda olub.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “The Harris Poll” nəşrinin versiyasına görə, “Amazon” internet riteyleri sözügedən nüfuz reytinqində birinci pillənin sahibidir. “Apple” korporasiyası reytinqdə beşinci, “Google” və “Tesla Motors” şirkətləri müvafiq olaraq 8-ci və 9-cu yerləri tutublar. Yüksəktexnologiyalı şirkətlərdən başqa, həmçinin “Wegmans” və “Publix Super Markets” supermarketlər şəbəkələri, “Johnson & Johnson” əczaçılıq nəhəngi, “UPS” loqistika şirkəti, “The Walt Disney Company” korporasiyası və “3M” innovativ istehsal şirkəti reytinqə düşüb.
Analitiklər “Samsung”un nüfuzunun kəskin azalmasını uğursuz “Galaxy Note 7” smartfonu ilə izah edirlər. Bundan başqa, şirkətin rəhbərliyinin hakimiyyətin ən yüksək eşelonlarında korrupsiya qalmaqalında iştirakı “Samsung”un nüfuzuna böyük xələl gətirib.
Emil Hüseynov
“Samsung” şirkətinin reputasiyası son dərəcə aşağı düşüb
Amerikalı istehlakçılar arasında keçirilmiş sorğunun nəticəsi əsasında “The Harris Poll” nəşri tərəfindən tərtib edilmiş korporativ brendlərin nüfuz reytinqində “Samsung” korporasiyası 40 pillə aşağı yuvarlanıb.Nəşrin məlumatına görə, 2017-ci ildə “Samsung” sözügedən reytinqdə 49-cu yerdə qərarlaşıb ki, bu da Cənubi Koreya brendinin ötənilki nəticəsi (7-ci yer) ilə müqayisədə xeyli aşağıdır. Həmçinin məlumata əsasən, “Samsung” son 3 il ərzində daima dünyanın aparıcı brendlərinin onluğunda olub.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “The Harris Poll” nəşrinin versiyasına görə, “Amazon” internet riteyleri sözügedən nüfuz reytinqində birinci pillənin sahibidir. “Apple” korporasiyası reytinqdə beşinci, “Google” və “Tesla Motors” şirkətləri müvafiq olaraq 8-ci və 9-cu yerləri tutublar. Yüksəktexnologiyalı şirkətlərdən başqa, həmçinin “Wegmans” və “Publix Super Markets” supermarketlər şəbəkələri, “Johnson & Johnson” əczaçılıq nəhəngi, “UPS” loqistika şirkəti, “The Walt Disney Company” korporasiyası və “3M” innovativ istehsal şirkəti reytinqə düşüb.
Analitiklər “Samsung”un nüfuzunun kəskin azalmasını uğursuz “Galaxy Note 7” smartfonu ilə izah edirlər. Bundan başqa, şirkətin rəhbərliyinin hakimiyyətin ən yüksək eşelonlarında korrupsiya qalmaqalında iştirakı “Samsung”un nüfuzuna böyük xələl gətirib.
Emil Hüseynov
Baxış sayı: 462
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet