Tarix:23/02/17
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Skype Lite” xidmətinin işləməsi üçün mobil qurğuda 13 meqabayt boş yaddaş lazımdır. Yeni proqram qeyri-stabil və ya zəif internet qoşulma zamanı veb-trafiki optimallaşdırır, buna görə də istifadəçilər rahat yazışa, zəng edə və hətta videozəng funksiyasından istifadə edə bilərlər.
Proqram nəhəngi 2017-ci ilin iyununadək “Skype Lite” proqramını “Aadhaar” (Hindistan sakinlərinin məlumat bazası) ilə inteqrasiya etməyi planlaşdırır. Bu bazada bütün sakinlərin barmaq izləri və gözlərinin qüzehi qişalarının skan edilmiş təsvirləri saxlanılır. “Aadhaar”a qoşulma nəticəsində “Skype Lite” xidməti daha funksional olacaq - məsələn, videoəlaqə vasitəsilə işə qəbul edərkən müsahibə zamanı, mülk və ya müxtəlif məhsulların satışı zamanı istifadəçiləri sürətli identifikasiya etmək imkanına malik olacaq.
“Microsoft” korporasiyasının nümayəndəsi bildirib ki, “Skype Lite” proqramı hindistanlı istifadəçilər üçün yaradılıb. Hindistanın əhalisi 1,25 milyard təşkil edir və 300 milyon nəfər smartfondan istifadə edir.
Emil Hüseynov
“Skype Lite” proqramı təqdim edilib
“Microsoft” şirkəti “Skype VoIP” xidmətinin aşağı güclü smartfonlar və zəif mobil şəbəkələr üçün nəzərdə tutulmuş yeni versiyasını təqdim edib. “Skype Lite” adlı yeni məhsul inkişaf etməkdə olan bazarlara (məsələn, Hindistan) hədəflənib.“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Skype Lite” xidmətinin işləməsi üçün mobil qurğuda 13 meqabayt boş yaddaş lazımdır. Yeni proqram qeyri-stabil və ya zəif internet qoşulma zamanı veb-trafiki optimallaşdırır, buna görə də istifadəçilər rahat yazışa, zəng edə və hətta videozəng funksiyasından istifadə edə bilərlər.
Proqram nəhəngi 2017-ci ilin iyununadək “Skype Lite” proqramını “Aadhaar” (Hindistan sakinlərinin məlumat bazası) ilə inteqrasiya etməyi planlaşdırır. Bu bazada bütün sakinlərin barmaq izləri və gözlərinin qüzehi qişalarının skan edilmiş təsvirləri saxlanılır. “Aadhaar”a qoşulma nəticəsində “Skype Lite” xidməti daha funksional olacaq - məsələn, videoəlaqə vasitəsilə işə qəbul edərkən müsahibə zamanı, mülk və ya müxtəlif məhsulların satışı zamanı istifadəçiləri sürətli identifikasiya etmək imkanına malik olacaq.
“Microsoft” korporasiyasının nümayəndəsi bildirib ki, “Skype Lite” proqramı hindistanlı istifadəçilər üçün yaradılıb. Hindistanın əhalisi 1,25 milyard təşkil edir və 300 milyon nəfər smartfondan istifadə edir.
Emil Hüseynov
Baxış sayı: 338
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet