12px13px15px17px
Tarix:23/02/17

2017-ci ilin sonuna “Windows 10” sistemində yeni dizayndan istifadə ediləcək

“Microsoft” şirkətinin nümayəndələri Avstraliyada keçirilmiş “Microsoft Ignite” konfransı çərçivəsində 2017-ci ildə “Windows 10” əməliyyat (ƏS) sistemi üçün “Redstone 3” yeniləməsinin çıxarılacağını təsdiqləyiblər.  2017-ci ilin aprelində “Creators Update” yeniləməsi çıxarılacaq və “Microsoft” şirkəti il ərzində öz ƏS-i üçün ən azı iki yeniləmə çıxaracağı ilə bağlı vədinə sadiq qalacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “cnews.ru” saytına istinadən yazır ki, “wccftech.com” nəşrinin əməkdaşlarının fikrincə, “Microsoft”un tərtibatçısı Rafael Rivera “Twitter” hesabında paylaşdığı infoqrafika ilə 2017-ci ildə hər iki yeniləmənin çıxarılacağını faktiki olaraq təsdiq edib.

“Redstone 3” yeniləməsində əvvəllər “Creators Update”də reallaşdırılmamış funksiyalar öz əksini tapacaq. “Digital Trends” yazır ki, məsələn, vacib kontaktlarla əlaqəni sistemə inteqrasiya edən “My People” paneli və ya “Amazon Alexa” səs köməkçisindən istifadə etmək üçün “Home Hub” üçün proqramlar reallaşdırıla bilər.

Qeyd etmək lazımdır ki, “Redstone 3” yeniləməsinin dəqiq çıxarılma tarixi hələ ki rəsmən məlum deyil.

Emil Hüseynov




Baxış sayı: 305

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024