12px13px15px17px
Tarix:23/02/17

Yeni proqram təminatı dronların uçuşunu avtomatlaşdıracaq

ABŞ-ın “Exyn Technologies” şirkəti kompüter təlimi və neyron şəbəkələr əsasında pilotsuz uçan aparatlara insan iştirakı olmadan avtonom rejimdə binalarda və qaranlıqda uçmağa imkan verən proqram təminatı yaradıb.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, texnologiyanın mahiyyəti dronlara ətrafı insanın gördüyü kimi görməyə imkan verən ötürücü və sensorlar dəstindən istifadədədir. Ən əsası odur ki, pilotsuz uçan aparat verilən göstərişi müstəqil şəkildə yerinə yetirir. Bundan başqa, əvvəlcədən marşrutu qurmağa ehtiyac yoxdur: binanın çıxışının tapılması üçün verilən komandanı dron avtonom rejimdə özü yerinə yetirir. 
 
“Exyn Technologies”  təsisçisi Vicay Kumar bildirib ki, pilotsuz uçan aparatlara ətrafı başa düşməyə imkan verən süni intellekt sürücüsüz avtomobillər və ya yerüstü robotlarda istifadə edilən süni intellektlərdən daha mürəkkəbdir. 

“Biz drona real vaxt rejimində ətrafın “3D” xəritəsini qurmağa imkan vermək üçün müxtəlif sahə üzrə bir neçə ötürücünü birləşdirdik. Biz hədəf və ilkin yerləşmə barədə komanda verdikdən sonra aparat uçaraq xəritəni yeniləyir və sonradan lazımi hədəfə çatmaq üçün planlaşdırma və yenidən planlaşdırma prosesinə keçir. Biz texnologiyanı daha etibarlı etmək üçün onu inkişaf etdirərək kommersiya istifadəsi üçün hazırlayırıq, yeni imkan və funksiyalar əlavə edirik. Son nəticədə isə bir avtonom drondan birlikdə əməkdaşlıq edən və ümumi missiya üzərində çalışan bir neçə aparata keçmək niyyətindəyik. Hazırda diqqətimizi maneələrdən yayınmağa yönəltmişik, eləcə də pilotsuz uçan aparatların mühasirədə müxtəlif obyektlərlə necə işləmələri barədə düşünürük”, - V,Kumar vurğulayıb.  

Avtonom dronların şaxta və ya insan üçün digər təhlükəli yerlərdə işləyə biləcəkləri qeyd olunur.

Nizam Nuriyev





Baxış sayı: 475

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024