12px13px15px17px
Tarix:24/02/17

Smartfonu 50 sm məsafədən hava vasitəsilə enerji ilə dolduran qurğu təqdim edilib

Simsiz enerjidoldurma müasir cihazlarda uğurla tətbiq edilir. Bununla belə bu texnologiya hələ ki məsafədən asılıdır. Bir çox şirkətlər bu istiqamətdə müəyyən işlər görürlər. Məsələn, “Disney” şirkəti cihazları enerji ilə dolduran otaq qurub, “uBeam” startapı, həmçinin bu yaxınlarda öz həllini nümayiş etdirib. İndi “Indiegogo” resursunda tanıdılan “MotherBox” layihəsinin yaradıcıları təxminən 50 sm məsafədə 2 vatt gücündə enerjini ötürməyə söz verirlər.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, cihazlar 40 sm məsafədən 4 Vatt, 13 sm məsafədən isə 10 Vatt gücündə enerji toplayırlar. Smartfona “Lightning”, “microUSB” və ya “USB Type-C” portları vasitəsilə xüsusi qəbuledici birləşdirmək lazımdır.

“MotherBox” qurğusu qaranlıqda işıq saçır və qeyri-adi formada hazırlanıb. Qurğunun dəyəri ilkin sifariş üzrə 79 dollardır, bu ilin sentyabrında tədarük ediləcək.

Emil Hüseynov






Baxış sayı: 367

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024