12px13px15px17px
Tarix:27/02/17

“LG G6” smartfonu rəsmən təqdim olunub

Müasir qurğuları ilə məşhur olan “LG” şirkəti Barselonada işinə başlayan “MWC 2017” istehlak texnologiyaları sərgisində “LG G6” smartfonunu təqdim edib.

“Snapdragon 821” prosessoru əsasında işləyən qurğu QHD+ (1440 x 2880 piksel) təsvir ölçülü 5,7 düymlü ekrana malikdir.

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, “LG G6” yüksəkkeyfiyyətli foto və video çəkilişinə imkan verən geniş baxış bucaqlı 13 meqapikselli kamera ilə təchiz edilib. Bundan əlavə, 5 meqapikselli ön kamera funksionallığı yüksək səviyyədə təmin edəcək.

Məlumata görə, “Android” əməliyyat sisteminin sonuncu versiyasının quraşdırıldığı qurğunun batareyasının tutumu 3300 milliamper/saat təşkil edir. İstehsalçı smartfonun satışa nə vaxt çıxarılması və qiyməti barədə məlumat vermir.

Nizam Nuriyev 




Baxış sayı: 305

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024