Tarix:01/03/17
“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, finlandiyalı tərtibatçılar qeyd ediblər ki, sistemin son modifikasiyası “Sony” və “Jolla” şirkətlərinin birgə layihəsidir. Əməkdaşlıq nəticəsində Yaponiya şirkəti finlandiyalı həmkarlarına platformanın müasir mobil qurğulara uyğunlaşdırılması üçün tələb olunan bütün elementləri təqdim edib və hazırda əməliyyat sistemini hamı quraşdıraraq yararlana bilər. Sistem yaradıcıları bildiriblər ki, bu halda başlıca müsbət amil platformanın avtomatik yenilənməsidir.
Sərgi çərçivəsində yeni sistemin təqdimatı zamanı bir sıra “Sony Xperia X” nümunələrinin müasir əməliyyat sisteminin işində nasazlıq yaratması məlum olub. Buna baxmayaraq mütəxəssislər istifadəçiləri nasazlıqların cüzi olmasına əmin edərək yaxın vaxtlarda onları tam aradan qaldıracaqlarını bildiriblər.
Nizam Nuriyev
“Sailfish OS” əməliyyat sistemi təqdim olunub
Finlandiyanın “Jolla” şirkəti Barselonada keçirilən “MWC 2017” sərgisi çərçivəsində əsasında “Sony Xperia X” seriyasından olan qurğuların işləyəcəyi “Sailfish OS” əməliyyat sistemini nümayiş etdirib.“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, finlandiyalı tərtibatçılar qeyd ediblər ki, sistemin son modifikasiyası “Sony” və “Jolla” şirkətlərinin birgə layihəsidir. Əməkdaşlıq nəticəsində Yaponiya şirkəti finlandiyalı həmkarlarına platformanın müasir mobil qurğulara uyğunlaşdırılması üçün tələb olunan bütün elementləri təqdim edib və hazırda əməliyyat sistemini hamı quraşdıraraq yararlana bilər. Sistem yaradıcıları bildiriblər ki, bu halda başlıca müsbət amil platformanın avtomatik yenilənməsidir.
Sərgi çərçivəsində yeni sistemin təqdimatı zamanı bir sıra “Sony Xperia X” nümunələrinin müasir əməliyyat sisteminin işində nasazlıq yaratması məlum olub. Buna baxmayaraq mütəxəssislər istifadəçiləri nasazlıqların cüzi olmasına əmin edərək yaxın vaxtlarda onları tam aradan qaldıracaqlarını bildiriblər.
Nizam Nuriyev
Baxış sayı: 491
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)