12px13px15px17px
Tarix:04/10/11

“Ölkə iqtisadiyyatının inkişafında elmi innovasiyanın rolu” mövzusunda Beynəlxalq elmi-təcrübi konfrans

24-25 noyabr 2011-ci il tarixində Bakı şəhərində Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi ilə bağlı “Ölkə iqtisadiyyatının inkişafında elmi innovasiyanın rolu” mövzusunda Beynəlxalq elmi-təcrübi konfrans keçiriləcəkdir.

KONFRANSIN TƏŞKİLATÇILARI

Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzi

KONFRANSIN MƏQSƏDİ

1. İnnovasiyaların informasiya təminatının metodologiya və praktikası sahəsində təcrübə mübadiləsi.

2. Elektron informasiya resurslarının inkişafı, istifadəsi yolları və onların innovasiya sahəsində rolu.

3. İnnovasiya infrastrukturunun yaradılması və inkişafı məqsədi ilə innovasiya fəaliyyətinin əsas istiqamətləri.

4. Ölkənin sosial-iqtisadi inkişafının əsas amili kimi innovasiya biznesinin inkişafı.

5. Elm və innovasiya texnologiyalarının inkişafında beynəlxalq inteqrasiya potensialının və qloballaşmanın rolu.

6. İnnovasiya layihələri və onların ölkə iqtisadiyyatının bütün sahələrinin inkişafında rolu.

7. Ölkənin sahibkarlıq sektorunun innovasiya işləmələrinə cəlb edilməsinin üsul və yolları.

8. Ölkə iqtisadiyyatının inkişafında innovasiya proseslərinin əsas mərhələlərinin müəyyən edilməsi.

9. İnnovasiya texnologiyalarının təbii inhisarlar sahəsinə tətbiqi.

NƏŞRLƏR

Konfransın proqramına daxil ediləcək məruzələr 30 oktyabr 2011-ci il tarixindən gec olmayaraq Azərbaycan, rus və ya ingilis dillərindən birində A4 formatlı kağızda çap olunmuş və müəlliflər tərəfindən imzalanmış şəkildə iki nüsxədə, surəti elektron daşıyıcıda olmaqla təşkilat komitəsinə təqdim edilməlidir.

Məqalələr Microsoft Office Word 97-2003, Times New Roman, 12 formatında yığılaraq, həcmi 5 səhifədən artıq olmamalıdır (elektron variantı elektron poçtla da göndərilə bilər).

Hər məqaləyə mütləq onun yazılış dilindən fərqli olan iki dildə annotasiya əlavə olunmalıdır. Konfransın işçi dili - Azərbaycan, rus, ingilis dilləri.

Qeydiyyatdan keçmək və məqalələri göndərmək üçün aşağıdakı ünvana müraciət edin: http://eim.innovasiya.az/contact/form/2/

Konfransda iştirak edəcəyinizi təşkilat komitəsinə əvvəlcədən bildirməlisiniz.

Ünvan: AZ1000, Bakı ş., İçərişəhər, Böyük Qala küç., 41

Tel.: (0994-12) 510 31 39, (0994-12) 437 17 58



Baxış sayı: 1606

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024