Tarix:07/03/17
“ICTnews” Elektron Xəbər Xidməti “Macdigger” resursuna istinadən yazır ki, “Apple” 2017-ci ildə 60 milyona yaxın “OLED” ekranlı qurğunun istehsalını və növbəti ildə bu həcmi iki dəfə artırmağı planlaşdırır. Şirkətin məqsədi 2019-cu ilədək bütün yeni “iPhone” modellərini “OLED” ekranlarla təchiz etməkdən ibarətdir.
“Display Supply Chain Consultants” analitiklərinin məlumatına görə, 2019-cu ildə “OLED” ekranlara malik smartfonların tədarük həcmi maye-kristal displeylərlə təchiz edilən qurğuların tədarükünü ötəcək.
Bu seqment üçün 2021-ci ildə “OLED” ekranların illik istehsal həcmi 2016-cı ildəki 7,5 milyon kvadratmetrdən 40,4 milyon kvadratmetrədək artacaq. Say ifadəsində ötən il göstəricinin 389 milyon panel və 2021-ci ildə 1,34 milyard panel təşkil edəcəyi qeyd olunur. Artıq bu il “iPhone”un bütün buraxılan “OLED” panellərdə payı 20-35 faiz təşkil edəcək.
Ötən ilin yekunlarına görə, “Samsung” və “LG” üzvi işıq diodlu panellərin 92 faizini istehsal edib, lakin 2021-ci ilədək Cənubi Koreya nəhənglərinin payı Çin şirkətləri tərəfindən istehsal həcminin artırılması səbəbindən 63 faizədək azala bilər. Liderlər siyahısında “Samsung” və “LG” istehsalçılarından sonra üçüncü yeri “BOE Technology” şirkəti tutacaq.
Yeni “iPhone” modelləri üçün “OLED” ekranların istehsalına bu ilin aprel-mayında başlamaq nəzərdə tutulur.
Nizam Nuriyev
Bütün “iPhone” modelləri “OLED” ekranlarla təchiz ediləcək
Bu il “Apple” şirkəti ilk dəfə olaraq smartfonları “OLED” ekranlarla təchiz edəcək. Birinci il yalnız “iPhone 8” modelinin üzvi işıq diodlu panellərlə təchiz edilməsinə baxmayaraq 2019-cu ildən etibarən ABŞ şirkətinin bütün smartfonları “OLED” displeylərə malik olacaq.“ICTnews” Elektron Xəbər Xidməti “Macdigger” resursuna istinadən yazır ki, “Apple” 2017-ci ildə 60 milyona yaxın “OLED” ekranlı qurğunun istehsalını və növbəti ildə bu həcmi iki dəfə artırmağı planlaşdırır. Şirkətin məqsədi 2019-cu ilədək bütün yeni “iPhone” modellərini “OLED” ekranlarla təchiz etməkdən ibarətdir.
“Display Supply Chain Consultants” analitiklərinin məlumatına görə, 2019-cu ildə “OLED” ekranlara malik smartfonların tədarük həcmi maye-kristal displeylərlə təchiz edilən qurğuların tədarükünü ötəcək.
Bu seqment üçün 2021-ci ildə “OLED” ekranların illik istehsal həcmi 2016-cı ildəki 7,5 milyon kvadratmetrdən 40,4 milyon kvadratmetrədək artacaq. Say ifadəsində ötən il göstəricinin 389 milyon panel və 2021-ci ildə 1,34 milyard panel təşkil edəcəyi qeyd olunur. Artıq bu il “iPhone”un bütün buraxılan “OLED” panellərdə payı 20-35 faiz təşkil edəcək.
Ötən ilin yekunlarına görə, “Samsung” və “LG” üzvi işıq diodlu panellərin 92 faizini istehsal edib, lakin 2021-ci ilədək Cənubi Koreya nəhənglərinin payı Çin şirkətləri tərəfindən istehsal həcminin artırılması səbəbindən 63 faizədək azala bilər. Liderlər siyahısında “Samsung” və “LG” istehsalçılarından sonra üçüncü yeri “BOE Technology” şirkəti tutacaq.
Yeni “iPhone” modelləri üçün “OLED” ekranların istehsalına bu ilin aprel-mayında başlamaq nəzərdə tutulur.
Nizam Nuriyev
Baxış sayı: 346
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet