Tarix:09/03/17
“StatCounter” şirkətinin mütəxəssislərinin qənaətinə görə, tezliklə “Windows” platforması “Ümumdünya hörümçək toru”nda liderliyini əldən verəcək. Analitiklər iddia edirlər ki, “Microsoft”un platforması tezliklə internetə çıxış üçün ən populyar ƏS-i adından məhrum olacaq. Hazırda “Windows” və “Android” sistemlərinin bazar payı, demək olar, eynidir.
“ICTnews” Elektron Xəbər Xidməti “macdigger.ru” saytına istinadən yazır ki, analitiklərin hesablamalarına görə, internetə çıxışa malik qurğular arasında “Android” qurğularının bazar payı 37,4% təşkil edir. Eyni zamanda “Windows” ilə işləyən cihazların bazar payı 38,6%-dir. Məlumat üçün bildirək ki, 5 il əvvəl, 2012-ci ilin yanvarında “Windows” sisteminin bazar payı 82%, “Android”in payı isə 2,2% təşkil edirdi.
İndi “Android” platforması smartfon bazarında liderdir: sözügedən bazarın təxminən 80%-i onun payına düşür. “StatCounter” şirkətinin statistikası masaüstü kompüterlər, noutbuklar, planşetlər və smartfonlardan internetə çıxışı nəzərə alır.
Emil Hüseynov
İnternetə çıxış üçün ən populyar ƏS-i hansıdır?
“StatCounter” analitik şirkətinin statistikasına əsasən, yaxın vaxtlarda “Android” mobil əməliyyat sistemi ilə işləyən qurğuların sayı “Windows” qurğuları ötəcək.“StatCounter” şirkətinin mütəxəssislərinin qənaətinə görə, tezliklə “Windows” platforması “Ümumdünya hörümçək toru”nda liderliyini əldən verəcək. Analitiklər iddia edirlər ki, “Microsoft”un platforması tezliklə internetə çıxış üçün ən populyar ƏS-i adından məhrum olacaq. Hazırda “Windows” və “Android” sistemlərinin bazar payı, demək olar, eynidir.
“ICTnews” Elektron Xəbər Xidməti “macdigger.ru” saytına istinadən yazır ki, analitiklərin hesablamalarına görə, internetə çıxışa malik qurğular arasında “Android” qurğularının bazar payı 37,4% təşkil edir. Eyni zamanda “Windows” ilə işləyən cihazların bazar payı 38,6%-dir. Məlumat üçün bildirək ki, 5 il əvvəl, 2012-ci ilin yanvarında “Windows” sisteminin bazar payı 82%, “Android”in payı isə 2,2% təşkil edirdi.
İndi “Android” platforması smartfon bazarında liderdir: sözügedən bazarın təxminən 80%-i onun payına düşür. “StatCounter” şirkətinin statistikası masaüstü kompüterlər, noutbuklar, planşetlər və smartfonlardan internetə çıxışı nəzərə alır.
Emil Hüseynov
Baxış sayı: 484
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)