12px13px15px17px
Tarix:10/03/17

Bu şirkət 1 qiqabitlik internet sürətini dəstəkləyən smartfon hazırlayır

Yaxın illərdə beşinci nəsil şəbəkəsinin istifadəyə verilməsi gözlənilir, indi operatorlar və avadanlıq istehsalçıları, hələ ki, aktiv şəkildə keçid dövrünə (1 Qbit/s-dək sürətə malik mobil internet) hazırlaşırlar. Cari ilin yanvarında Avstraliyanın “Telstra” mobil rabitə operatoru dünyada ilk 1 qiqabitlik “LTE” şəbəkəsinin istifadəyə verilməsini elan edib, Barselonada keçirilmiş “MWC 2017” sərgisində isə Çinin “ZTE” şirkəti məlumatların 1 Qbit/s sürətlə ötürülməsini dəstəkləyən ilk smartfon təqdim edib. “Qualcomm”  və ABŞ-ın “Sprint” operatoru ilə əməkdaşlıq çərçivəsində “Lenovo” şirkəti də müvafiq cihazı hazırlayır. Yeni Orleanda keçirilmiş xüsusi tədbirdə sözügedən cihazın imkanları nümayiş etdirilib.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, bu smartfonda məlumatların ötürülməsi sürəti orta hesabla 600-800 Mbit/s təşkil edir, amma bu, laboratoriya şəraitində belədir, real şəraitdə göstəricilər bir qədər aşağı olacaq.

Emil Hüseynov




Baxış sayı: 365

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024