Tarix:11/03/17
"ICTnews" Elektron Xəbər Xidməti "Rambler" resursuna istinadən yazır ki, satış mərkəzləri konkret rəqəmlər göstərməsələr də, sifarişlərin gözləntiləri üstələməsini vurğulayırlar.
"HMD Global" şirkətinin hazırladığı "Nokia 3310" mobil telefonunun yeni modeli fevralın sonunda Barselonada keçirilən "MWC 2017" sərgisində təqdim olunub.
Yeni "Nokia 3310" 320х240 piksel təsvir ölçülü 2,4 düym ekranla təchiz edilib. Həmçinin qurğu 2 meqapikselli kameraya malikdir və "microSD" yaddaş kartını dəstəkləyir. Əvvəlki modellə müqayisədə telefon nazik və yüngüldür.
İstehsalçı nümayəndələrinin sözlərinə görə, bir dəfə enerji ilə doldurulan batareya 22 saatlıq danışıq üçün kifayət edir ki, bu da orijinal qurğuya nisbətdə 10 dəfə çoxdur.
Boz, qara, göy, qırmızı və sarı rənglərlə satışa çıxarılacaq telefonun qiyməti 49 avro təşkil edəcək. Satışa çıxarılma müddəti barədə məlumat verilmir.
Qeyd edək ki, 2000-ci ilin sonunda buraxılan "Nokia 3310" modelinin satışı 126 milyonu ötüb. İnternetdə aparatın dünyada ən möhkəm materialdan düzəldilməsinin xarakterizə edilməsi barədə məlumatlar geniş yayılıb. Belə ki, Britaniya KİV-i 17 il əvvəl satın alınan və indiyədək işləyən "Nokia 3310" modelini tapıb ictimaiyyətə təqdim edib.
Nizam Nuriyev
Yenilənmiş “Nokia 3310” telefonuna maraq gözləniləndən böyük olub
İnternetdə aktiv ticarət ilə məşğul olanlar əfsanəvi "Nokia 3310" mobil telefonunun yeni versiyasının alıcılar arasında inanılmaz marağa səbəb olmasını qeyd edirlər."ICTnews" Elektron Xəbər Xidməti "Rambler" resursuna istinadən yazır ki, satış mərkəzləri konkret rəqəmlər göstərməsələr də, sifarişlərin gözləntiləri üstələməsini vurğulayırlar.
"HMD Global" şirkətinin hazırladığı "Nokia 3310" mobil telefonunun yeni modeli fevralın sonunda Barselonada keçirilən "MWC 2017" sərgisində təqdim olunub.
Yeni "Nokia 3310" 320х240 piksel təsvir ölçülü 2,4 düym ekranla təchiz edilib. Həmçinin qurğu 2 meqapikselli kameraya malikdir və "microSD" yaddaş kartını dəstəkləyir. Əvvəlki modellə müqayisədə telefon nazik və yüngüldür.
İstehsalçı nümayəndələrinin sözlərinə görə, bir dəfə enerji ilə doldurulan batareya 22 saatlıq danışıq üçün kifayət edir ki, bu da orijinal qurğuya nisbətdə 10 dəfə çoxdur.
Boz, qara, göy, qırmızı və sarı rənglərlə satışa çıxarılacaq telefonun qiyməti 49 avro təşkil edəcək. Satışa çıxarılma müddəti barədə məlumat verilmir.
Qeyd edək ki, 2000-ci ilin sonunda buraxılan "Nokia 3310" modelinin satışı 126 milyonu ötüb. İnternetdə aparatın dünyada ən möhkəm materialdan düzəldilməsinin xarakterizə edilməsi barədə məlumatlar geniş yayılıb. Belə ki, Britaniya KİV-i 17 il əvvəl satın alınan və indiyədək işləyən "Nokia 3310" modelini tapıb ictimaiyyətə təqdim edib.
Nizam Nuriyev
Baxış sayı: 291
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet