12px13px15px17px
Tarix:14/03/17

Yeni simsiz klaviatura çapda irəliləyiş edəcək

Çap sahəsində irəliləyişə nail olacaq "lofree" simsiz mexaniki klaviaturası "Windows", "iOS" və "Android" əməliyyat sistemləri, eləcə də "Mac" kompüterləri üçün nəzərdə tutulub və "Bluetooth" vasitəsilə işləyir.  

"ICTnews" Elektron Xəbər Xidməti "DNI24" resursuna istinadən yazır ki, hazırda "Ingiegogo" saytında klaviaturanın hazırlanması və yaradılmasına yönəldiləcək maliyyə vəsaitlərinin toplanması təşkil olunub.

Qeyri-adi dizaynına görə əvvəlki modellərdən fərqlənən "lofree" klaviaturasında köhnə ənənə və müasir texnologiyalar birləşib. Klaviaturanın düymələri qədim çap maşınlarının və ilk kompüterlərin düymələrinə oxşar yaradılıb. Yeni klaviatura dəyişmə prosesini həyata keçirən xüsusi düymə basılan zaman "Bluetooth"dan istifadə etməklə eyni anda üç qurğu ilə işləyə bilir. Klaviatura istifadəçilərə gecə vaxtlarında da işləməyə imkan verən işıqlandırma ilə təchiz edilib.

Mayda pərakəndə satışa çıxarılacaq "lofree" klaviaturasının qiyməti 79 dollar təşkil edəcək.

Nizam Nuriyev 




Baxış sayı: 315

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024