12px13px15px17px
Tarix:15/03/17

“Windows Vista” sisteminin dəstəyi dayandırılacaq

"Windows Vista" əməliyyat sisteminin rəsmi dəstəyinin dayandırılmasına bir aydan az qalır. Bu haqda "Microsoft"un saytına istinadən "PCWorld" nəşri yazıb.

11 aprel 2017-ci ildən sonra "Windows Vista" sistemi üçün heç bir yeniləmə (həmçinin təhlükəsizlik üçün çox mühüm) çıxarılmayacaq və platformanın genişləndirilmiş dəstəyi dayandırılacaq.

"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, "NetMarketShare" analitik xidmətinin 2017-ci ilin fevralına olan məlumatına görə, masaüstü və noutbuklar üçün qlobal ƏS-i bazarında "Windows Vista"nın bazar payı 1%-dən az təşkil edir. "Microsoft" şirkətinin statistikasına əsasən, dünyada təxminən 1,5 milyard fərdi kompüter "Windows"un müxtəlif versiyaları ilə işləyir. Beləliklə, 15 milyon kompüter "Vista" sisteminin idarəetməsi altında işləyir.

2007-ci ilin əvvəlində istifadəyə verilmiş "Windows Vista" sistemi "Microsoft" şirkətinin ən çox tənqid edilən əməliyyat sistemlərindən biri olub. Məsələn, istifadəçilər söz verilmiş funksiyaların yoxluğu, bəzi drayverlərin natamamlığından şikayətlənmişdilər.

Proqram nəhəngi bu əməliyyat sistemini ən təhlükəsiz sistem kimi qələmə vermişdi. Bu kompüter proqram platformasının əsas dəstəyi 2012-ci ilin aprelində dayandırılıb.

Emil Hüseynov




Baxış sayı: 99

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Avqust 2017

19/08/17
DDoS hücumların davametmə müddəti artıb

"Kasperski Laboratoriyası"nın məlumatına əsasən, 2017-ci ilin ikinci rübündə DDoS hücumların davametmə 

19/08/17
“Android” mobil əməliyyat sisteminin yeni versiyasının təqdimetmə tarixi bəlli olub

“Android O” (8.0) mobil əməliyyat sistemi avqustun 21-də ictimaiyyətə təqdim ediləcək. Bu haqda şirkətin rəsmi 

18 08 2017

18/08/17
Fərdi kompüterlər üçün ən sürətli çiplər təqdim edilib

“AMD” şirkəti tarixdə kompüterlər üçün ən məhsuldar prosessorlar (“Ryzen Threadripper” çipləri)

18/08/17
“Microsoft HoloLens” eynəyi muzey eksponatlarına vizual effektlər əlavə edəcək

“Microsoft HoloLens” reallıq eynəyi Yaponiyanın Kennin-dzi məbədi muzeyində eksponatları canlandırmağa 

18/08/17
“Samsung” 10 mindən çox akkumulyatoru geri çağırıb

“Samsung” şirkəti “Galaxy Note 4” smartfonu üçün 10 mindən çox akkumulyatoru geri çağırıb. Bu,

18/08/17
Pedalların əvəzinə "Go" və "Stop now" düymələrinə malik avtomobil patentlənib

“Google” şirkətinə məxsus “Waymo” şirkəti uzun müddətdir sürücüsüz texnologiyalar üzərində işləy

18/08/17
Son iki ildə kibercinayətlərın sayı təxminən iki dəfə artıb

“ThreatMetrix” şirkətinin hesabatına əsasən, 2015-ci ildən etibarən kibercinayətkarlıq fəaliyyəti təxminən 

18/08/17
Jestləri tanıyan əlcək hazırlanıb

Lal-kar insanlar tərəfindən istifadə edilən jest dili bir çatışmazlığa malikdir ki, eşidən insanlar bu dili bilmirlər.