12px13px15px17px
Tarix:15/03/17

“iPhone” istifadəçiləri internetə qoşulma olmadan veb səhifələrə baxa bilərlər

İndi “iOS” qurğu istifadəçiləri internetə qoşulma olmadan veb səhifələrə baxa bilərlər. Bu haqda “Google Chrome” mobil brauzerinin yaradıcıları məlumat veriblər.

“ICTnews” Elektron Xəbər Xidməti “macdigger.ru” saytına istinadən yazır ki, bir çox internet istifadəçiləri xəbər və ya məqalələri yadda saxlayaraq sonra oxumaq üçün “Instapaper” və ya “Pocket” kimi xidmətlərdən istifadə edirlər. “Chrome” brauzerinin “iPhone” və “iPad” üçün yeni versiyası sonra oxuma funksiyası ilə təchiz edilib. Hələ ötən həftə veb səhifələri sonra oxumaq imkanının əlçatan olması haqda şayiələr yayılmışdı, indi “Google” şirkəti “Read Later” funksiyasını rəsmən təqdim edib.

 
İndi “iOS” genişlənmələrinin siyahısında "Sonra oxumaq"  adlı yeni ikonka mövcuddur. Veb səhifəni sonra oxumaq üçün menyunu (ünvan sətrinin sağ hissəsində üç nöqtədən ibarət düymə) açmaq, “Paylaşmaq” sətrinə sıxmaq və açılan menyuda "Sonra oxumaq" nişanına sıxmaq lazımdır.

Nəticədə internetə qoşulma olmadan sayt və səhifələri yadda saxlayaraq onlara sonra baxmaq olar.
Oxşar funksiya “Safari” brauzerində də mövcuddur. Ancaq “Google Chrome” brauzerindəki “Read Later” funksiyası səhifənin sadələşdirilmiş mətn versiyasını deyil, onu tamamilə yadda saxlamağa imkan verir.

Emil Hüseynov




Baxış sayı: 342

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024