12px13px15px17px
Tarix:17/03/17

Uşaqların smartfonuna nəzarət edən proqram yaradılıb

"Google" şirkəti tərəfindən hazırlanmış "Family Link" mobil proqramı  valideynlərə övladlarının "Android" smartfonlarından istifadə etməsinə nəzarət etməyə imkan verəcək. Yeni xidmət "Google"un bloqunda təsvir edilib.

"ICTnews" Elektron Xəbər Xidməti "hitech.newsru.ru" saytına istinadən yazır ki, "Family Link" mobil proqramı üç əsas funksiyadan ibarətdir. Birinci funksiya uşaqlara yalnız valideynlərin razılığı əsasında proqramları yükləməyə imkan verir. İkinci funksiya uşaqlar tərəfindən açılmış proqramları izləməyə imkan verir, həmçinin müxtəlif proqramlardan istifadə vaxtı üzrə günlük, həftəlik və aylıq statistika tərtib edir. Valideynlər proqramlardan istifadə müddəti təyin edə bilər. Nəhayət, "Family Link" tətbiqinin köməyi ilə uşağın istifadə etdiyi qurğunu müəyyən saatlar üzrə bloklamaq olar. Məsələn, gec vaxtı və ya dərsləri öyrənən vaxt telefondan istifadə etmək olmaz.

Hazırda "Family Link" mobil tətbiqi yoxlama mərhələsindədir. Proqram yalnız ABŞ-da işləyir və onu satın almaq üçün 13 yaşadək uşağı olan valideynlər xüsusi saytda sifariş verməlidirlər. Bundan başqa, sözügedən proqramın işləməsi üçün uşağın smartfonu "Android 7.0 Nougat" sisteminin idarəetməsi altında, valideynin qurğusu isə "Android 4.4 KitKat" və daha yuxarı versiyalarla işləməlidir.

Emil Hüseynov




Baxış sayı: 286

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2018

24 04 2018

24/04/18
Ümumdünya Poçt İttifaqının yaz sessiyası Azərbaycan üçün uğurlu oldu

İsveçrənin Bern şəhərində keçirilən Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaz sessiyasında Azərbaycan Poçt Admin

24/04/18
“Nvidia” şəkillərdəki detalları tamamlamaq üçün süni intellekt texnologiyası hazırlayıb

“Nvidia” şirkəti tərəfindən süni intellekt əsasında hazırlanmış texnologiya şəklin zədələnmiş hissələrini 

24/04/18
“Samsung Galaxy Note7” smartfonu “Wi-Fi Alliance” sertifikatını alıb

“Wi-Fi Alliance” konsorsiumunun məlumat bazasında “Samsung Galaxy Note7” smartfonunun 

24/04/18
Kompakt “Nimbini v2” kompüteri təqdim edilib

Almaniyanın “Cirrus7” istehsalçısı “Intel” məntiqi əsasında işləyən kompakt “Nimbini v2” kompüter sist

24/04/18
“LG V30” smartfonuna süni intellekt inteqrasiya edilib

“ThinQ”  adlı proqram təminatı kameranın kadrında olan obyekti tanıyaraq çəkiliş üçün uyğun gələn rejimi 

24/04/18
“Google” şirkəti “Windows 10” sistemində təhlükəli boşluq aşkar edib

“Google's Project Zero” şirkətinin təhlükəsizlik mütəxəssisləri “Windows 10 S” əməliyyat sistemində orta 

24/04/18
“iPhone” smartfonlarında boşluq məlumatların oğurlanmasına şərait yaradır

Ekspertlər “iPhone” smartfonlarında qurğunun məsafəli idarəetməsi üçün istifadəyə imkan verən boşluq 

24/04/18
İnsan genomunun atlası yaradılıb

İsrailin Yerusəlim Yəhudi Universitetinin alimləri insan genlərinin və embrional gövdə hüceyrələrinin müasir 

24/04/18
Bill Qeyts, “Airbus” və “SoftBank” real vaxt rejimində yenilənən peyk xəritələrinə yatırım ediblər

Yer kürəsinin fasiləsiz videomüşahidəsini həyata keçirən peyk sistemi yaratmaq istəyən