12px13px15px17px
Tarix:18/03/17

“Samsung Galaxy S8” yüksəksürətli kamera ilə təchiz ediləcək

Cənubi Koreyanın “Samsung” şirkətinin “Samsung Galaxy S8” smartfonu videonu saniyədə min kadr tezliyində yaza bilən mobil qurğular üçün unikal yüksəksürətli kamera ilə təchiz olunacaq.  
 
“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, şirkət rəhbərliyinin fikrincə, yüksəksürətli kamera “Galaxy S8” modelini digər istehsalçıların qabaqcıl qurğularından əhəmiyyətli dərəcədə fərqləndirəcək. Bundan başqa, smartfonun əsas kamerası bir deyil, iki obyektivə malik olacaq.
   
Rəsmən təsdiq edilməyən məlumata görə, yüksəksürətli kameranın maksimum təsvir ölçüsü on iki meqapiksel, 1000 FPS yazma rejimində nisbətən az təşkil edəcək.

Bildirilir ki, smartfonun ön kamerası 8 meqapikselli sensor əsasında yaradılacaq. Bundan əlavə, yeni qurğu daha bir ön kameraya - gözün qüzehli qişasının analizi üçün lazım olan 3,7 meqapikselli modula malik olacaq.

“Samsung Galaxy S8” smartfonunun təqdimatı martın 29-da Nyu-Yorkda keçiriləcək.

Nizam Nuriyev 




Baxış sayı: 373

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024