12px13px15px17px
Tarix:04/10/11

“Google” şirkəti “Android” üçün “Chrome” səyyahını çıxaracaq

“Google” şirkəti gələn həftə yalnız “Android” əməliyyat sisteminin yeni versiyasını deyil, həm də bu əməliyyat sistemi üçün “Chrome” səyyahının mobil versiyasını təqdim edəcək.

“Android and Me” bildirdiyi kimi, mobil versiya funksiyalarına görə “Chrome”-un stolüstü versiyasına maksimal dərəcədə yaxınlaşdırılacaq.

Ehtimal ki, onu oktyabr ayının 11-də, “İce Cream Sandwich” platformasının və “Nexus Prime” smartfonunun elanı zamanı təqdim edəcəklər.

“Google Chrome”-un mobil versiyasının yenilənmiş əməliyyat sisteminə inteqrasiya ediləcəyi və ya onu “Android Market” proqram mağazasından yükləmək mümkün olacağı hələlik məlum deyil.



Baxış sayı: 1570

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024